Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-13)

26.03.2013 | 12:36

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Azayev llqar Ağasəlim oğlu

1968-ci ildə Bakı şəhərində anadan olub. 11 noyabr 1991-ci ildə könüllü olaraq Ağdam cəbhəsinə yollanıb, Yaqub Rzayevin dəstəsində Qarabağ uğrunda döyüşlərdə iştirak edib. 26 dekabr 1991-ci ildə Ağdamın Xramort kəndi uğrunda döyüşdə əsir götürülüb.

19 yanvar 1992-ci ildə Azayev İlqar valideynlərinin yaşadığı Bakının Binə qəsəbəsindəki evlərinə məktub göndərib. Həmin məktubda o, Ağdamın Xramort kəndi yaxınlığında əsir götürüldüyünü, Ermənistanın Mehri rayonunda saxlandığını bildirib. Xahiş edib ki, Qubadlı rayonu yaxınlığındakı Gorus-Qafan yolunda itkin düşmüş iki erməninin tapılıb onunla dəyişdirilməsi üçün əllərindən gələni əsirgəməsinlər. Valideynləri həmin erməniləri tapa bilmədikləri üçün Azayev İlqarın dəyişdirilməsi baş tutmayıb.

Babayev Əliəşrəf Ağabala oğlu

1971-ci ildə Bakı şəhərinin Ramana qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. 14 yanvar 1993-cü ildə Ağdərə rayonu uğrunda döyüşdə əsir götürülüb.

Dağlıq Qarabağda, Xankəndi şəhəri, Obuvnaya küçəsi, ev 2a, mənzil 19-da yaşayan keçmiş əsir Dadayan Levon Sergeyeviçə Əliəşrəfin şəklini göstərdikdə onu tanıyıb, Şuşa həbsxanasında saxlandığını söyləyib. Erməni tərəfi faktı inkar edib.

Babayev Əlipaşa Adil oğlu

1973-cü ildə Azərbaycan Respublikasının Dəvəçi rayonunda anadan olub. 1992-ci ilin oktyabr ayında Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 1993-cü ildə Ağdərə ra­yonunun Çıldıran-Mehmanə kəndləri istiqamətində döyüşlərdə iştirak edib. 3 fevfal 1993-cü ildə Çıldıran kəndi yaxınlığında əsir götürülüb.

Atası – Dəvəçi rayonu Nizami küçəsi, ev 3-də yaşayan Babayev Adil Abdulla oğlunun dediyinə görə, oğlunun axtarışı zamanı onun sağ olduğunu, Xankəndi şəhərində ağır fiziki işlərə cəlb edildiyini öyrənib. Bu məlumatı 1998-ci il may ayının 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Rafiq Hüseynov da təsdiq edib.

Əsir Məhərrəmov Mehdi Əmirxan oğlunun atası – Bərdə rayonunun Yeni – Daşkənd kəndində məskunlaşmış, əslən Ermənistan Respublikasının Vardenis rayonunun Daşkənd kəndindən olan Məhərrəmov Əmirxan Həsən oğlu öz oğlu ilə birliklə Babayev Əlipaşanın da Xankəndində əsirlikdə saxlandığını birdirib. Qarşı tərəf onların övladlarını azad etmək üçün böyük məbləğdə pul tələb edib, həmin məbləğ tapılmadığı üçün onları azad etmək mümkün olmayıb.

Babayev Famil Zahiddin oğlu

1966-ci ildə Azərbaycan Respublikası Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1992-ci ilin mart aymda «könüllülər» taborunun tərkibində cəbhəyə yollanıb. 29 avqust 1992-ci ildə Füzuli ra­yonunun Qırmızı Bazar kəndi istiqamətində döyüşdə yaralı vəziyətdə ermənilər tərəfindən əsir götürülüb.

Qardaşı – Babayev Əfrahim Zahiddin oğlunun bidirdiyinə görə, Familin döyüş yoldaşları erməni tərəfi ilə radiodanışıqlarda onun yaralı vəziyyətdə əsir götürüldüyünü, Xocavənd şəhərində saxlandığını və Tamara adlı bir erməni qadın ilə dəyişmək istədiklərini öyrəniblər. Tamara tapılmadığı üçün dəyişmə baş tutmayıb.

Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış Füzuli rayonu Yağlıvənd kənd sakini Kazımov Əhəd Musa oğlu izahatında yazıb ki, 1992-ci ildə Karen adlı bir erməni Familin sağ olduğunu və Xocavənd şəhərində saxlandığını bildirib.

Babayev islam Əhmədağa oğlu

1957-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu­nun Musabəyli kəndində anadan olub. Daxili Işlər Na-zirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis Şöbəsində işlə-yib. 1992-ci il aprel ayının 28- də polis əməkdaşları ilə Şuşa şəhərinin müdafiəsinə göndərilib. Şuşa istiqamətin-də gedən döyüşlərdə iştirak edib. 8 may 1992-ci il tarixdə Turşsu yaxınlığındakı Ba­la Kirs dağında yerləşən posta göndərilib və bir daha geri qayıtmayıb.

Qardaşı-Ağsu rayonu Musabəyli kənd sakini Babayev Qismət Əhmədağa oğlu-nun verdiyi məlumata görə, İlham əsir gö-türüldükdən sonra 1992-ci ildə erməni po­lis əməkdaşı Albert Voskanyan azərbay-canlı hərbçilərlə radioəlaqə yaradaraq onun sağ olduğunu və Şuşa şəhərindəki həbsxanada saxlandığını deyib. Ermənilər İslamı Artur adlı əsirlə dəyişmək istədikləri-ni bildiriblər. Lakin o, həbsxanada saxlan-dığı üçün Arturu Rüstəm adlı başqa bir azərbaycanlı əsirlə dəyişiblər. 1993-cü ildə Voskanyan yenidən radiodanışıqlar apa-rıb, Islam Babayevi Şahverdiyan Leonid Leopoldoviçlə dəyişmək istədiyini bildirib. Ermənilər Şahverdiyanı alıb, İslamı qaytar-mayıblar, bəhanə gətiriblər ki, Leonid Dağ-lıq Qarabağ vətəndaşı deyil.

– See more at: http://karabakhinfo.com/faktlar/1164-bizi-sirlikdn-qurtarn-davam-13.html#sthash.TCDABpop.dpuf

26.03.2013 12:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*