Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-15)

10.04.2013 | 09:48

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 


Bagirov Qüdrət Nüsrət oğlu

1965-cİ ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olub. 6 yanvar 1994-cü ildə Xocavənd rayonu uğrunda döyüşdə iştirak edib. 31 yanvar 1994-cü ildə həmin rayonun Şişqaya yüksəkliyi yaxınlığında döyüş zamanı itkin düşüb.

Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış Kazımov Əhəd Musa oğlunun verdiyi izahata görə, ermənilərlə radiodanışıqlarda qarşı tərəfin nümayəndəsi Abo ona Xocavənd rayonunun Kurapatkino kəndində saxlanılan əslən lənkəranlı Bağırov Qüdrətin də adı daxil olan 9 azərbaycanlı əsirin siyahısını verib. Abo bildirib ki, onları 5 nəfər itkin düşmüş erməni əsiri ilə dəyişə bilər. Qarşı tərəfin şərti yerinə yetirilmədiyi üçün dəyişmə baş tutmayıb.

Hərbi əsir Cəfərov Babək Lətif oğlunun atası – Bakı şəhəri Pirallahı qəsəbəsi, Rzayev küçəsi, ev 2, mənzil 46-da yaşayan Cəfərov Lətif Həsən oğlu ərizəsində yazıb ki, oğlunun döyüş yoldaşları onun və Bagi­rov Qüdrətin Şişqaya yüksəkliyi uğrunda döyüş zamanı əsir düşdüklərini və Xocavənd rayonunun Kurapatkino kəndində saxlandıqlarını deyiblər.

Bagirov Ruslan Huseynqulu oğlu

1956-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olub. 8 may 1992-ci ildə zabit Ruslan Ba­girov səhər saat 6 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qardaşı – Şuşa şəhər saki­ni, hazırda Bakı şəhəri, Azadlıq prospekti 162/11, mənzil 11-də yaşayan Bağırov El­man Hüseynqulu oğlu Ruslanın axtarışı zamanı döyüş yoldaşlarından onun günün müxtəlif saatlarında şəhərin müxtəlif nöqtələrində göründüyünü, döyüş sursatı aparıb, yaralı gətirdiyini öyrənib.

Tovuz rayonu Əsrik – Cırdaxan kənd sa­kini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində milliyyətcə erməni Qaqikdən (Yerevan nömrəsi: 63-60-70) aldığı azər-baycanlı hərbi əsir və girovların siyahısında Bağırov Ruslanın Xankəndi şəhərində saxlandığı göstərilib. Elmanın verdiyi məlumata görə, ermənilər Ruslanı müxtəlif vaxtlarda Ermənistanın Spitak şəhərində, Gorusda, Xəlfəlidə və Xankəndində saxlayıblar.

Bagirov Vuqar Novruz oğlu

1973-cü ildə Azərbaycan Respublikası Zəngilan rayo­nunun Mincivan qəsəbəsndə anadan olub. Neft Akademiyasının I kurs tələbəsi Bagi­rov Vüqar könüllü olaraq doğma torpaqlarını qorumaq üçün Zəngilana qayıdıb, ərazi özünümüdafiə taborunun tərkibində döyüşüb. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun işğalı zamanı ayağından yaralanaraq əsir götürülüb.

Döyüş yoldaşı Azər (Zəngilan işğal olunan gün şəhid olub) adlı şəxs Füzuli rayonu Əhmədbəyli kəndində ermənilərlə radioəlaqə yaradıb, polis şöbəsinin rəisi Eduarddan Bağırov Vüqarın və Almuradov Xaqani Ağaqulu oğlunun əsir götürüldüyünü öyrənib. Qarşı tərəfin nümayəndəsi onların azad olunması üçün 1 milyon rus rublu tələb edib. Əsir götürülmüş döyüşçülərin valideynləri həmin məbləği düzəldib. Lakin Azərbaycan əraziləri bir-birinin ardınca ermənilər tərəfindən işğal olunduğu üçün Ediklə əlaqə kəsilib.

Vüqarın atası – Zəngilan rayonu Mincivan qəsəbə sakini Bağırov Novruz Mənsim oğlu verdiyi məlumatda bildirib ki, Qubadlı rayonunda ermənilər tərəfindən girov götürülüb, sonradan azad olunan Kərəm adlı bir şəxsin dediyinə görə, Xankəndi – Şuşa yolunda ermənilərin maşınlarını təmir edən zaman azərbaycanlı əsirləri işdən gətirən avtomobil onun yanında dayanıb. Maşından düşən Vüqar adlı gənc Zəngilan rayo­nunun Mincivan qəsəbəsində yaşayan zabit Bağırov Novruzun oğlu olduğunu və valideynlərinin onu qurtarmasını onlara çatdırmağı xahiş edib. Azad olunan Kərəm xəbəri Vüqarın babası – Rzaquliyev Sədətquluya çatdırıb.

Əli Bayramlı şəhəri, Nizami küçəsi, ev 15-də yaşayan, erməni əsirliyindən qayıtmış Rüstəmov İlqar Malik oğlu Vüqarın şəklini gördükdə tanıyıb, onu yaralı halda Xankəndidəki xəstəxanada gördüyünü de-yib.

Bağıyev Fuzuli Knyaz oglu

1974-cü ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. 1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. 1992-cü il dekabr ayının 16-da Laçın rayonunun Təzəkənd kəndi ətrafında döyüşlərdə iştirak edib.

28 mart 1993-cü ildə Kəlbəcər rayo­nunun işğalı zamanı Kəlbəcər və Laçın rayonları arasında Qamışlı kəndi istiqamətində gedən döyüşdə itkin düşüb. Sonradan məlum olub ki, o, əsir götürülərək Xocavənd rayonuna aparılıb.

Atası – İsmayıllı rayonu Qamışlı kənd sakini Bağıyev Knyaz Oruc oğlunun söylədiyinə görə, əsir götürüldükdən sonra oğlu Xankəndində bir erməninin evində saxlanılıb.

Ağdam rayonu Şelli kənd sakini, həmin rayonun Quzanlı kəndində yerləşən çadır şəhərciyində məskunlaşmış Məmmədov Hamlet Məhiş oğlunun dediyinə görə, ra-diodanışıq zamanı qarşı tərəfin nümayəndəsi Füzulinin əsir götürülüb, Xocavənd rayonunda saxlandığını bildirib

Balayev Razi Şahmar oğlu

1963-cü ildə Bakı şəhərində anadan olub. 17 noyabr 1993-cü ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 11 yanvar 1994-cü ildə Ağdərə rayonunun    Akop-Komari kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Erməni əsirliyindən qayıtmış Füzuli rayonu Zərgər kənd sakini, Beyləqan rayonundakı 2 saylı məktəbdə məskunlaşmış Əliyev Valeh Həsən oğlu bildirib ki, 1994-cü ildə Şuşa həbsxanasının həyətində Razı Balayevlə rastlaşıb və söhbət edib.

“KarabakhİNFO.com”

 

10.04.2013 09:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*