Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-19)

23.05.2013 | 10:29

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Binəiiyev Alişer Guləli oğlu

1967-ci ildə Uzbekistan Respublikasında anadan olub. Sonradan məlum hadisələrə görə, Azərbaycan Respublikasına köçüb, Xocalı şəhərində yaşayıb. 26 fevral 1992-ci ildə Xocalı şəhəri erməni – rus silahlı birləşmələri tərəfindən işğal olunan gün Dəhraz kəndi yaxınlığında 30 nəfərədək mehseti türkü ilə birlikdə ermənilər tərəfindən girov götürülüb. Sonradan Binəliyev Alişer Güləli og­lu, onun qardaşı Cabbar (1969) və yaxın qohumu Bədişev Ali Rəis oğlu istisna olmaqla, girov götürülmüş şəxslərin hamısı qaytarılıb. Ermənilər qaytarmadıqları 3 şəxsi Dağlıq Qarabağda saxlayıblar.

Bu faktı Alişerin atası – Xocalı şəhər sa­kini, Dəvəçi rayonunun Udulu kəndində məskunlaşmış Binəliyev Güləlı Binəli oğlu, Sabirabad rayonunun Əhmədabad kəndində məskunlaşmış Muradova Səlimə Mərdəli qızı, qardaşı – Xocalı rayon sakini, Dəvəçi rayonunun Udulu kəndində məskunlaşmış Binəliyev Bəxtiyar Güləli oğlu, Bəxtiyarın həyat yoldaşı – Xocalı rayon saki­ni, Dəvəçi rayonunun Udulu kəndində məskunlaşmış Binəliyeva Firuzə Fərdi qızı da təsdiq ediblər.

«Beynəlxalq Amnistiya» təşkilatının verdiyi məlumata görə, İnsan Hüquqlarının Müdafiəsi Uğrunda «Helsinki Uotç» təşkilatı nümayəndələri 1992-ci ilin aprel ayında Xankəndi şəhərində olub. Nümayəndələr həmin görüş zamanı polis idarəsində Alişerin də adı olan azərbaycanlı hərbi əsir və girovlara aid sənədlə tanış olublar.

Beynəlxalq Amnistiya təşkilatının Avropa Üzrə Təhqiqatlar şöbəsinin müdiri Ann Burlinin məlumatında Xocalı şəhəri işğal olunan gün Binəliyev Alişerin də əsir götürüldüyünü yazılıb.

Binaliyev Cabbar GGIəli oğlu

1969-cu ildə Özbəkistan Respublikasında anadan olub. Sonradan məlum hadisələrə görə, Azərbaycana köçüb, Xocalı şəhərində yaşayıb. 26 fevral 1992-ci ildə Dəhraz kəndi yaxınlığında 30 nəfərədək mehseti türkü ilə birlikdə ermənilər tərəfindən girov götürülüb. Sonradan Binəliyev Cabbar Güləli og­lu, onun qardaşı Alişer (1967) və yaxın qohumu Bədişev Ali Rəis oğlu istisna olmaqla, girov götürülmüş şəxslərin hamısı qaytarılıb. Ermənilər qaytarmadıqları 3 şəxsi Dağlıq Qarabağda saxlayıblar.

Bu faktı Cabbarın atası – Xocalı şəhər sa­kini, Dəvəçi rayonunun Udulu kəndində məskunlaşmış Binəliyev Güləli Binəli oğlu, Sabirabad rayonunun Əhmədabad kəndində məskunlaşmış Muradova Səlimə Mərdəli qızı, qardaşı-Xocalı rayon sakini, Dəvəçi rayonunun Udulu kəndində məskunlaşmış Binəliyev Bəxtiyar Güləli oğlu, Bəxtiyarın həyat yoldaşı-Xocalı rayon sakini, hazırda Dəvəçi rayonunun Udulu kəndində məskunlaşmış Binəliyeva Firuzə Fərdi qızı da təsdiq ediblər.

«Beynəlxalq Amnistiya» təşkilatının verdiyi məlumata görə, İnsan Hüquqlarının Müdafiəsi Uğrunda «Helsinki Uotç» təşkilatı nümayəndələri 1992-ci ilin aprel ayında Xankəndi şəhərində olub. Nümayəndələr həmin görüş zamanı polis idarəsində Cabbarın da adı olan azərbaycanlı girov və hərbi əsirlərə aid sənədlə tanış olublar.

Beynəlxalq Amnistiya təşkilatının Avropa Üzrə Təhqiqatlar şöbəsinin müdiri Ann Burlinin məlumatında Xocalı şəhərinin iş-ğalı zamanı Binəliyev Cabbarın da əsir götürüldüyü yazılıb.

Binaliyev Rafiq Kazım oğlu

1973-cü ildə Azərbaycan Respublikası Saatlı rayonu­nun Krasnoselsk kəndində anadan olub. 1992-ci ildə Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 31 yanvar 1994-cü ildə Xocavənd rayo­nunun Şişqaya yüksəkliyi uğrunda döyüşdə 8 döyüş yoldaşı; Vəliyev Elşad Əjdər oğlu (Gəncə), Cəfərov Babək Lətif oğlu (Bakı), Quliyev Şahin Ağakərim oğlu (Saatlı), Cahangirov ismayil Allahverdi og­lu (Sabirabad), Bağırov Qüdrət Nüsrət og­lu (Lənkəran), Kərimov Səhman Şahbaz oğlu (Ucar), ibrahimov Zaur Xəlil oğlu (Göyçay), Eyvazov Knyaz Eyvaz oğlu (Oğuz) ilə birlikdə əsir götürülüb, Xocavənd rayonunun Kuropatkino kəndində saxlanılıblar.

Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış, əsir və girovların dəyişdirilməsi ilə məşğul olmuş Kazımov Əhəd Musa oglu ərizəsində yazıb ki, 8 azərbaycanlı döyüşçü əsir götürüləndən sonra erməni polis əməkdaşı Abo onunla əlaqə yaradıb, onları itkin düşmüş 5 erməni tankçı ilə dəyişmək is-tədiklərini deyib. Tankçıları tapmaq mümkün olmayıb. Bu faktı əsir götürülmüş hərbçilərin valideynləri də təsdiq ediblər.

Böyükkişiyev Kazım Çərkəz oğlu

1957-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 25 yanvar 1994-cü ildə Ağdərə rayonunun Akop-Komari kəndində gedən döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

1994-cü il sentyabr ayının 11-də Dağlıq Qarabağda yayımlanan televerilişdə Şuşa həbsxanasında saxlanılan azərbaycanlı əsirlərdən Kazım Böyükkişiyev və İlqar Qurbanov göstərilib.

Əsir Qurbanov İlqar İsaq oğlunun ata-sı-Goranboy rayonu QızılHacılı kənd saki­ni Qurbanov İsaq Mazan oğlunun dediyinə görə, ermənilər onlarla əlaqə yaradaraq il­qar, Kazım və daha 3 azərbaycanı əsiri itkin düşmüş Avetisyan Avetis Maqdıyeviçlə dəyişmək istədiklərini bildiriblər.

Qardaşı-Goranboy rayonu Səfikürd kənd sakini Məmmədov Sabir Çərkəz oğlu ərizəsində yazıb ki, Böyükkişinin axtarışı zamanı Gürcüstan Respublikasının Marneuli rayonunda itkin düşmüş Ramazyan Zaven Qurgenoviçin qohumları ilə görüşüb. Onlar qardaşının Ermənistanın Spitak şəhərində saxlandığını, Ramazyan tapılarsa, onunla dəyişmək istədiklərini bildiriblər. Ramazyan tapılmadığı üçün Kazımı azad etmək mümkün olmayıb.

Budaqov Fuad Vəli oğlu

1972-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 25 oktyabr 1993-cü ildə Gəncə Texnologiya Institutunun V kurs tələbəsi Budaqov Fuad Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Ağdərə rayonuna göndərilib. Ağdərə rayonunun Gödəkburun, Vışka yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun Levonarx kəndində gedən döyüşdə ayağından və əlindən yaralanıb. Ağır yaralı vəziyyətdə döyüş meydanında qalıb, əsir götürülərək Ermənistanın Stepanavan şəhərinə aparılıb, təsərrüfat işlərinə cəlb edilib.

Atası-Gəncə şəhəri, 3-cü mikrorayon, ev 1, mənzil 33-də yaşayan Budaqov Əli Vəli oğlunun verdiyi məlumata görə, 1996-a ildə azad olunmuş, keçmiş əsir, milliyyətcə erməni olan Barseqyan Arsen Vazqenoviçin Budyonovsk şəhərində yaşayan qohumları ona Fuadın sağ olduğunu və Ste­panavan şəhərində daş karxanasında işlədildiyini deyiblər.

Fuadın xidmət etdiyi hərbi hissədə bölmə komandiri vəzifəsində qulluq etmiş, Tovuz rayonu Donqarquşçu kənd sakini, Bakı şəhəri, S. Əsgərova küçəsi, ev 148-də yaşayan Əliyev İlqar Hüseyn oğlu ərizəsində yazıb ki, 1994-cü ildə əsir düşmüş hərbçilərlə bağlı erməni tərəfi ilə əlaqə saxlayan zaman Abo adlı şəxs ona Budaqovun yaralı halda əsir götürüldüyünü və Stepanavan şəhərində saxlandığını bildirib. Abo qeyd edib ki, əgər Beyləqan rayonu ərazisində «Qaz-24» markalı avtomaşında itkin düşmüş erməni uşağını tapsalar, Fuadı onunla dəyişə bilərlər. Həmin uşaq tapılmadığı jçün dəyişmə baş tutmayıb. Şəmkir rayonu Könüllü kənd sakini, Rusiya Federasiyasının Petrozavodsk şəhərində yaşayan Məmmədov Saməddin Namaz oğlu izahatında 2000-ci ildə Petroza­vodsk şəhərində erməni millətindən olan Saşa adlı şəxsdən tələbəlik yoldaşı Budaqov Fuadın sağ olduğunu və Yerevan şəhərində yerləşən həbsxanada saxlandığını öyrəndiyini yazıb. Ermənilər Saşaya itkin düşmüş Muradyan Raçik tapılarsa, Fuadla dəyişmək istədiklərini deyiblər. Lakin Mu­radyan haqqında məlumat əldə olunmadığından dəyişmə baş tutmayıb.

“KarabakhİNFO.com”

 

23.05.2013 10:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*