Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-2)

15.01.2013 | 17:12

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Bizi əsirlikdən qurtarın (davamı-2)Abbasov Qurbanəli Abbasqulu oğlu

1974-cü ildə Azərbaycan Respublikası Ağdam rayonunun Qəsil kəndində anadan olub. 1991-ci ildə hərbi xid-mətə çağırılıb. Lənkəran qarnizonunun tərkibində Ağdam uğrunda döyüşlərdə tank heyətinin üzvü kimi iştirak edib. Ağdam rayonu ermənilər tərəfindən işğal olunan zaman əsir götürülüb.

Atası-Abbasov Abbasqulu Abbas oğlu ərizəsində göstərib ki, oğlunun axtarışı ilə məşğul olarkən döyüş yoldaşları ona Ağdam rayonu işğal olunan gün Qurbanəlinin tanka tərəf getdiyini gördüklərini deyiblər. Erməni girovluğundan azad edilmiş Ağdamın Qiyaslı kəndindən olan qoca bir kişi Qurbanəlinin əsir götürüldüyünü, işğal olunmuş Xankəndi şəhərində erməninin evində saxlandığını bildirib.

Bakı şəhəri, H.ƏIiyev küçəsi, ev 1, mənzil 43-də yaşayan, ehtiyatda olan zabit Əliyev Ağalar Xasay oğlunun verdiyi məlu-mata görə, o, Ağdam özünümüdafiə batalyonunun komandiri vəzifəsində xidmət edərkən əsir və girovların dəyişdirilməsi zamanı qarşı tərəfin nümayəndəsi Aleksandr Ağasaryandan 72 nəfər azərbaycanlı əsir və girovun siyahısinı alıb. Həmin siyahıda Abbasov Qurbanəlinin də adı olub.

Əsir və girovların dəyişdirilməsi ilə məşğul olmuş Xocavənd rayonu Qaradağlı kənd sakini, hazırda Beyləqan rayonunun Maçqara kəndində məskunlaşan Tağıyev Məmməd Qaçay oğlu izahatında Ab­basov Qurbanəlinin Şuşa həbsxanasında saxlandığını göstərib.

 

Bizi əsirlikdən qurtarın (davamı-2)Abbasov Rafael Sultan oğlu

1968-ci ildə anadan olub. Hərbi hissədə zirehli döyüş maşınının sürücü-mexaniki vəzifəsində xidmət edib. 8 may 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı zamanı əsir götürülüb.

Döyüşçülər sursat qurtarana qədər vuruşublar. Rafael ayağından yaralanıb. O, rabitə əlaqəsi yaradıb, milli qəhrəman Albert Aqarunovdan kömək istəyib. Albert komandiri olduğu tankın heyət üzvləri ilə birlikdə ona köməyə getdiyi zaman ermənilər tərəfindən öldürülüb. Ağır yaralı vəziyyətdə köməksiz qalan Rafael ermənilər tərəfindən əsir götürülüb.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin 1993-cü ildə ver-diyi məlumatda Abbasov Rafaelin sağ olduğu bildirilir. Ermənilər onu əvvəlcə Yere­van şəhər həbsxanasında saxlayıb, sonradan Sovetaşan qəsəbəsinə göndəriblər.

Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun Tbilisi şəhərində Alaverdiyan Şamirdən (Yerevan-74, Nijnıy Şenqavit küçəsi, ev 35, mənzil 22; tel: 48-67-93) əldə etdiyi azərbaycanlı hərbi əsir və girovların siyahısında Abbasov Rafaelin də adı olub və Yere­van şəhər həbsxanasında saxlandığı göstərilib.

Bakı şəhəri, Yasamal rayonu «Qızıl-Şərq» hərbi şəhərciyi, ev 98, mənzil 19-da yaşayan keçmiş əsir Cabbarov Əli Telman oğlunun atası-Cabbarov Telman İdris oğlu ərizəsində göstərib ki, Tbilisi şəhərində Qagik adlı ermənidən aldığı azərbaycanlı əsir və girovların siyahısinda Abbasov Ra­faelin də adı olub və onun Yerevan şəhər həbsxanasında saxlandıqdan sonra Sovetaşan qəsəbəsinə göndərildiyi bildirilib.

 

Bizi əsirlikdən qurtarın (davamı-2)Abbasov Rasim Abbas oğlu

1973-cü ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1992-ci ildə Şəmkir Ra­yon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının tərkibində Ağdarə rayonu uğrunda döyüşlərdə iştirak edib. 30 iyul 1992-ci ildə Ağdərə rayonunun Aterk kəndində gedən döyüşdə əsir götürülüb.

Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlunun Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının 1993-cü ildə Tbilisi şəhərində təşkil etdikləri erməni nümayəndələri ilə görüş zamanı əldə etdiyi Dağlıq Qarabağda əsir və girov düşmüş Azərbaycan vətəndaşlarının siyahısında Abbasov Rasim Abbas oğlunun da adı olub. Onun Ermənistanda saxlandığı göstərilib

 

 

Bizi əsirlikdən qurtarın (davamı-2)Abbasov Vaqif Əli oğlu

1972-ci ildə Azərbaycan Respublikası Xaçmaz rayonunun Həsənqala kəndində anadan olub. 1992-ci ilin sentyabr ayında Xaçmaz Ra­yon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Zəngilan rayonuna göndərilib. Həmin rayonun Qazançı kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb. Atası-Abbasov Əli Həmzət oğlu ərizəsində yazıb ki, Rusiyadan ona zəng vuraraq oğlunun sağ olduğunu və Ermənistanın Gorus rayonunun Qarabağlı kəndində saxlandığını deyiblər.

Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Hüseynov Akif Saleh oğlu erməni girovluğunda olan bacısı Hüseynova Tamara Saleh qızının axtarışı ilə məşğul olan zaman Tbilisi şəhərində milliyyətcə erməni Qaqikdən (Yerevan tel:63-60-70) qarşı tərəfdə saxlanılan 43 azərbaycanlı hərbi əsirin siyahısını alıb. Həmin siyahıda Abbasov Vaqif Əli oğlunun da adı olub. Onun Ermənistan Respublikası Gorus rayonunun Qarabağlı kəndində saxlandığı göstərilib.

 “KarabakhİNFO.com”

 

 

15.01.2013 17:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*