Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-21)

10.06.2013 | 14:59

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

 

Cahangirov Hummət Eldar oglu

1975-ci ildə Azərbaycan Respublikası Lənkəran rayo­nunun Tükəvilə kəndində anadan olub. 1993-cü ildə Lənkəran Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılb, Füzuli rayonuna göndərilib. 26 yanvar 1994-cü ildə Füzuli rayonunun Aşağı Əb-dürrəhmanlı kəndində gedən şiddətli döyüş zamanı dizindən ağır yaralanıb və ermənilər tərəfindən əsir götürülüb.

Atası – Lənkəran rayonu Tükəvilə kənd sakini Cahangirov Eldar Müştəba oğlunun verdiyi məlumata görə, 1994-cü ildə Füzuli rayonundakı hərbi hissələrdən birində ra-bitəçi vəzifəsində xidmət etmiş Lənkəran sakini Mirzəyev Qalib Abdulla oğlu onlara Hümmətin sağ olduğunu bildirib. Ermənilər onunla rabitə yaradaraq Hümmət də daxil olmaqla əsir götürdükləri 6 azərbaycanlı döyüşçünü itkin düşmüş «Ərəb» ləqəbli erməni hərbçisi ilə dəyişmək istədiklərini bildiriblər. Hətta Hümmətin onunla danış-masına da imkan veriblər. «Ərəb» tapılma-dığı üçün döyüşçüləri dəyişmək mümkün olmayıb.

 

Cahangirov İsmayıl Allahverdi oglu

1971-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub. 1992-ci ilin avqust ayında Sabirabad Ra­yon Hərbi Komissarlığı tərə-findən hərbi xidmətə çağırılıb. 31 yanvar 1994-cü ildə Xocavənd rayonu ərazisindəki Şişqaya yüksək-!iyi uğrunda döyüşdə 8 döyüş yoldaşı: Vəliyev Elşad Əjdər oğlu (Gəncə), Cəfərov Babək Lətif oğlu (Bakı), Quliyev Şahin Ağakərim oğlu (Saatlı), Binəliyev Rafiq Kazım oğlu (Saatlı), Bağırov Qüdrət Nüsrət oglu (Lənkəran), Kərimov Səhman Şah-Daz oğlu (Ucar), Ibrahimov Zaur Xəlil oğlu Göyçay), Eyvazov Knyaz Eyvaz oğlu Oğuz) ilə birlikdə ermənilər tərəfindən əsir götürülüb, Xocavənd rayonunun Kuropat kəndində saxlanılıb.

Əsir və girovların dəyişdirilməsi ilə məşğul olmuş Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış, Kazımov Əhəd Musa oğlu ərizəsində yazıb ki, 9 azərbaycanlı döyüşçü əsir götürüləndən sonra erməni polisinin əməkdaşı Abo onunla əlaqə yaradıb, onları itkin düşmüş 5 erməni tankçı ilə dəyişmək istədiklərini deyib. Tankçılar tapılmadığı üçün dəyişmə baş tutmayıb. Bu faktı əsir götürülmüş hərbçilərin valideynləri də təsdiq ediblər.

 

Camalov Elman Huseyn oğlu

1970-ci ildə anadan olub. 1991-ci ildə hərbi xidmətdən qayıdan Camalov Elman həmin ilin noyabrayında Qarabağ uğrunda döyüşlərdə iştirak etmək üçün Şuşanın Malıbəyli kəndinə yollanıb. 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində gedən döyüşdə yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb.

Qardaşı- Bakı şəhəri, 3-cü Alatava, ev 123-də yaşayan Camalov Sabir Hüseyn oğlunun dediyinə görə, Elmanın axtarışı ilə bağlı döyüş yoldaşı İmranla (1992-ci ilin iyun ayında döyüş zamanı həlak olub) görüşüb. İmran ona Daşaltı döyüşündə Elmanın ayağından yaralandığını və öz əlləri ilə onun yarasını sarıdığını deyib. Onun bildirdiyinə görə, həmin döyüşdə Elmangilin xidmət etdiyi taqım döyüş meydanında qalıb, İmrangilinki isə geri çəkilib. Səhəri gün Elman nə yaralıların, nə də meyitlərin arasında tapılmayıb.

Erməni əsirliyindən qayıtmış Ucar şəhər sakini Məmmədov Mayıl Məhəmmədəli oğlunun izahatında yazılıb ki, 1992-ci ilin sonunda Xankəndi şəhərində saxlanılan zaman «Papanin» ləqəbli Camalov Elman da onunla birlikdə olub. 1993-cü ilin yanvar ayında Mayılı Hadrut rayonunun Tuğ kəndinə aparıblar. Elman isə Xankəndində qalıb.

“KarabakhİNFO.com”

 

10.06.2013 14:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*