Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-22)

26.06.2013 | 13:05

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

Camalov Kamal Nüsrət oğlu

1974-cü ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Alıbəyli kəndində ana­dan olub. 1992-ci ilin may ayında Cəbrayıl Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 25 avqust 1993-cü ildə Cəbrayıl rayo-nunun Havıslı kəndi uğrunda döyüşdə əsir götürülüb.

Atası – Cəbrayıl rayonu Alıbəyli kənd sakini Camalov Nüsrət Cümşüd oğlunun dediyinə görə, döyüş yoldaşları Kamalın Cəbrayıl rayonunun Havıslı kəndində er-mənilər tərəfindən əsir götüldüyünü görüblər.

1994 – cü ilin fevral ayında onların həmkəndlisi və Kamalın döyüş yoldaşı Məmmədov Sərvər Heydər oğlu (hazırda Rusiyada yaşayır) Nüsrətə Kamal haqqında bəzi məlumatı verib. Sərvərin dediyinə go­re Kamal əsir götürüləndən sonra 16 il Zəngilanda yaşamış Frunzik adlı erməni radioəlaqə vasitəsilə sürücü Nüsrətin oğlu-nun onların tərəfində əsir olduğunu deyib. Məmmədov ona inanmadığını dedikdə, Frunzik 100-150 metrlik məsafədən Kamalı və digər əsirləri ona göstərib, dərhal da geri qaytarıb. Atası bu məlumatı alandan sonra dərhal həmin əraziyə gedib, hərbçilər vasitəsilə ermənilərlə əlaqə yaradıb, fevral ayının 24-də Kamalın və bir neçə əsirin başqa yerə aparıldığını öyrənib.

Zəngilan rayonu Tağılı kənd sakini, ermənilər tərəfindən əsir götürülmüş Şıxıyev Yaşar Əhməd oğlunun bacısı Şıxıyeva Ülkər Əhməd qızının dediyinə görə, qardaşının. Kamalın və Əsədov Əziz Məhəmməd oglunun ekipaj üzvü olduqları piyadaların doyüş maşını ermənilər tərəfindən vurulub, özteri isə əsir götürülüblər.

 

Camalov Sərdar Məmmədağa oğlu

1973-cü ildə Bakı şəhərində anadan olub. 1993-cü ilin avqust ayında Kəlbəcər rayonunda ermənilər tərəfindən əsir götürülüb.

Keçmiş hərbi əsir, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, mənzil 20-də yaşayan Quliyev Elmar Zahid oğlu izahatında 1993-cü ildə Şuşa həbsxanasında Z.Tağıyev qəsəbəsindən olan azərbaycanlı əsir Cama­lov Sərdar Məmmədaba oğlunun da saxlandığını bildirib.

Erməni əsirliyindən azad olunmuş, Əli Bayramlı şəhəri, Nizami küçəsi, ev 15-də yaşayan Rüstəmov İlqar Malik oğlu da Sərdarın Şuşa həbsxanasında saxlanılması faktını təsdiq edib.

Ağdam ərazi özünümüdafiə batalyonunun sabiq komandiri , Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon, H.ƏIiyev küçəsi, ev 1, mənzil 43-də yaşayan Əliyev Ağalar Xasay oğlu ərizəsində bildirib ki, əsirlərin dəyişdirilməsi zamanı qarşı tərəfin nümayəndəsi Aleksandr Aqasaryanın ona təqdim etdiyi 72 azərbaycanlı hərbi əsirin siyahısında Şuşa həbsxanasında saxlanılan Camalov Sərdarın da adı olub.

Xocavənd rayonu Qaradağlı kənd saki­ni, Beyləqan rayonunun Maçqara kəndində məskunlaşmış Tağıyev Məmməd Qaçay oğlunun bildirdiyinə görə, Ağdam ra­yonunun Qərvənd kəndində apardıqları danışıqlar zamanı qarşı tərəfin nümayəndəsi Albert Voskanyan ona Camalov Sərdarın Şuşa həbsxanasında əsir saxlandığını deyib.

“KarabakhİNFO.com”

 

26.06.2013 13:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*