Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-24)

11.07.2013 | 11:40

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

Cavadov Zöhrab İsi oğlu

1972-ci ildə Azərbaycan Respublikası Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 1993-cü ildə Qarabağ uğrunda döyüşlərə yollanıb. 3 may 1993-cü ildə Ağdərə rayonunun Çardaxlı kəndində gedən döyüşdə əsir götürülüb.

 

Tərtər rayon sakini, Qarabağ mühari-bəsi veteranı, II qrup əlil Paşayev İlham Sabir oğlunun dediyinə görə, 1993-cü ilin yaz aylarında Tərtər taborunda bölük ko-mandiri vəzifəsində qulluq etdiyi zaman Ağstafa taborunun komandiri onunla əlaqə yaradaraq səhər saat 6-da ermənilərdən Cavadov Zöhrabın əsir götürüldüyünü öyrəndiyini bildirib. Zöhrabın atasının ertəsi gün saat 6-da orada olmasını və ermənilərin mütləq onunla danışmaq istədiklərini deyib. İlham gecə saat 2-də Evoğlu kəndinə gedib. İsi kişiyə oğlunun sağ olduğunu, əsir götürüldüyünü, ermənilərin onunla danışmaq istədiklərini bildirib. Onunla birlikdə səhər saat 5-6 radələrində Madagiz kəndi-nə gəlib. Həmin vaxt atışma başlayıb, er- mənilərlə əlaqə kəsilib. Buna görə də Zöh-rab haqqında daha heç bir məlumat əldə edə bilməyiblər.

Əsgəran rayonu Daşuşen kənd sakini, Bakı şəhərinin Buzovna qəsəbəsindəki «Zuğulba» sanatoriyasında məskunlaşmış Abdullayev Tofiq İsmayıl oğlunun verdiyi məlumata görə, Şuşa şəhərindəki erməni alayının rəisi Armais Saakyanın təsdiq etdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmiş, Xankəndi və Şuşa şəhərlərində yerləşən erməni alaylarında və şəxsi evlərdə saxlanılan 37 azərbaycanlı hərbi əsirin siyahısında Cavadov Zöhrabın da adı olub .

 

Qarşı tərəf onları jurnalist Salatın Əs-gərovanın qətlinin təşkilatçısı, «Napoleon» ləqəbli Arkadi Ayriyanla dəyişmək istəyib. Lakin Ayriyan vəfat etdiyi üçün dəyişmə baş tutmayıb.

 

Bu faktı əsir götürülmüş Hümbətov Xalidin atası- Kəlbəcər rayonu Halçalı kənd sakini Hümbətov Əli, hərbi əsir Muxtarov Telmanın atası- Hacıqabul rayonu Nəvahi kənd sakini Muxtarov Əlisahib, hərbi əsir isayev Bəxtiyarın atası-Bakı şəhəri, Motodrom massivi ev 8-də yaşayan Isayev Səfər Əli oğlu, Ağalarov Yaşar Musa oğlu-nun atası- Goranboy rayonu Xanqərvənd kənd sakini Ağalarov Musa da təsdiq edib.

 

Cəbrayılov Qəşəm Əmrah oğlu

1974-cü ildə Azərbaycan Respublikası Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. 1992-ci ilin oktyabr ayında Kürdəmir Rayon Hər-bi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Daxili Qoşunların tərkibində Füzuli rayonu uğrunda döyüşlərdə iştirak edib. 12 yanvar 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində gedən döyüşdə əsir götürülüb.

 

Onun qulluq etdiyi hərbi hissədə tabor komandiri vəzifəsində xidmət etmiş Tağı-yev Rəhim izahatında yazıb ki, 12 yanvar 1994-cü ildə ermənilər qəfildən mövqeləri mərmi atəşinə tutublar. Başlarının üzərində mərmilər uçan hərbçilər geriyə, arxadakı yüksəkliyə çəkilməyə məcbur olduqları zaman Cəbrayılov Qəşəm həmyerlisi Qə-dimov Rasimlə birlikdə səngərdən çıxa bilmədikləri üçün orada qalıblar. Həmin ərazi ermənilər tərəfindən işğal olunduğuna go­rə, onların sonrakı taleyi heç kimə məlum olmayıb.

 

Xocavənd rayonu Qaradağlı kənd saki­ni, hazırda Beyləqan rayonunun Maçqara kəndində məskunlaşmış Tağıyev Məmməd Qaçay oğlunun verdiyi məlumata əsasən, 1994-cü ildə erməni polisinin əməkdaşı Albertlə apardığı radioəlaqə za-manı Cəbrayılov Qəşəmin əsir götürülüb, Xocavənd rayonunun Qırmızı Bazar kən-dində fiziki işlərə cəlb edildiyini öyrənib. Qarşı tərəf onu azad etmək üçün erməni əsiri tələb edib. Onların tələblərini yerinə yetirilə bilmədiyindən Qəşəmi azad etmək mümkün olmayıb.

 

 “KarabakhİNFO.com”

 

 

 

11.07.2013 11:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*