Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-25)

16.07.2013 | 14:07

1374669433_sirDəyərli oxucular, sizlərə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını  hissə-hissə  təqdim etməkdə davam edirik. Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Cəbrayılov Vuqar Vahid oğlu

1974-cü ildə Azərbaycan Respublikasının Ağdaş rayonunda anadan olub. 1991-ci il-də hərbi xidmətə çağırılıb. Fu­zuli, Ağdərə, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. 25 yanvar 1994-cü ildə Ağdam rayonunun Sarıcallı kəndi uğrunda döyüş zamanı yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb. Atası-Ağdaş rayonu, Vaqif küçəsi, ev 68-də yaşayan Cəbrayılov Vahid Məhəmmədiyyə oğlu izahatında yazıb ki, oğlunun döyüş yoldaşı, Ağdaş rayonu Nemətabad kənd sakini, Rusiya Federasiyasının Nijnıy Novqorod şəhərində yaşayan Bayram adlı şəxs ona Vüqarın yaralandığını bildrib. Bayram qeyd edib ki, onu ermənilərdən gizlətmək məqsədi ilə Ağdamın girəcəyində, qəbiristanlığın yanındakı kolların arxasında qoyaraq döyüşü davam etdirib. Ara sakitləşəndən sonra oraya qayıdıb, Vüqarı həmin yerdə tapa bilməyib.

Cəfərov Babək Lətif oğlu

1974-cü ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olub. 1988-ci ilin dekabr ayında ermənilər tərəfindən ata-baba yurdlarından qovulduqdan sonra Mingəçevir şəhərinə pənah aparıb. Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Xocavənd rayonu ərazisində xidmət edib. 31 yanvar 1994-cü ildə Xocavənd rayonunun Şişqaya yüksəkliyi uğrunda döyüşdə itkin düşüb.

Atası – Bakı şəhəri, Pirallahı qəsəbəsi, Rzayev küçəsi, ev 2, mənzil 46-da yaşayan Ermənistan qaçqını Cəfərov Lətif Həsən oğlu Babəkin axtarışı ilə məşğul olan zaman döyüş yoldaşlarından onun əsir götürüldüyünü, Əhəd Kazımovdan isə övladının Xocavənd rayonunun Kuropatkino kəndində saxlandığını öyrənib.

Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonunun Allahyarlı kəndində məskunlaşmış Kazimov Əhəd Musa oğlu izahatında yazıb ki, erməni polisinin əməkdaşı Abo Cəfərov Babək və onunla birlikdə əsir götürülmüş 8 göyüşçünün Kuropatkino kəndində saxlandığını və onların yalnız itkin düşmüş 5 erməni tankçısı ilə dəyişdirə biləcəyini deyib.

– See more at: http://karabakhinfo.com/faktlar/1736-bizi-sirlikdn-qurtarin-davami-25.html#sthash.Bx1CbwBJ.dpuf

16.07.2013 14:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*