Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-26)

24.07.2013 | 16:40

1374669433_sirDəyərli oxucular, sizlərə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını  hissə-hissə  təqdim etməkdə davam edirik. Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

 

Cəfərov Bəxtiyar Əşrəf oğlu

 

1974-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu­nun Zümürxaç kəndində anadan olub. 22 sentyabr 1992-ci ildə könüllü olaraq cəbhəyə gedib. 10 aprel 1994-cü ildə Goranboy rayo­nu ərazisində yerləşən Gülüstan yüksəkliyi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

 

Anası – Bərdə rayonunun Zümürxaç kəndində yaşayan Cəfərova Nübar İldirım qızı oğlunun axtarışı zamanı öyrənib ki, Bəxtiyar sağdır və Ermənistanın Kirovakan şəhərində övladı olmayan bir erməninin evində saxlanılıb. Orada o, maşın təmiri ilə məşğul olub.

 

Abşeron rayonunun Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 12, mənzil 70 – də yaşayan, hərbi əsir Səfərov Asif Salman oğlunun qohumu Mahmudov Oruc Qurban og­lu bildirib ki, Şuşa şəhərindəki erməni ala-yının komandiri Saakyan Armaisdən qohu­mu ilə birlikdə Cəfərov Bəxtiyar və başqa azərbaycanlı əsirlərin Şuşa və Xankəndi alaylarında, həmçinin şəxsi evlərdə saxlandıqlarını öyrənib.

 

Cəfərov Əbdül Əkbər oğlu

 

1971-ci ildə Azərbaycan Respublikası İmişli rayonu­nun Çaxırlı kəndində anadan olub. 13 sentyabr 1992-ci ildə Imişli Rayon Hərbi Komis-sarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 2 oktyabr 1992-ci ildə Xocavənd rayo­nunun Muğanlı kəndi uğrunda döyüşdə əsir götürülüb.

Əbdülün xidmət etdiyi hərbi hissənin qərargah rəisi Cəfərov Eyvaz Abbas oğlunun dediyinə görə, ermənilər 2 oktyabr 1992-ci ildə Xocavənd rayonunun Əmrallar, Kuropatkino və Muğanlı kəndlərinə eyni zamanda hücum ediblər. Ağır döyüş gedib. Çox itki verilib, Cəfərov Əbdül də həmin döyüşdən qayıtmayıb.

Atası – İmişli rayonu Çaxırlı kənd sakini Cəfərov Əkbər Azay oğlu ərizəsində yazıb ki, oğlunun axtarışı ilə məşğul olan zaman döyüş yoldaşları Əbdülün Kuropatkino kəndi uğrunda döyüşdən qayıtmadığını bildiriblər.

Füzuli rayonu Yağlıvənd kənd sakini, Beyləqan rayonun Allahyarlı kəndində məskunlaşmış Kazimov Əhəd Musa oğlunun verdiyi məlumata görə, radiodanışıqlar zamanı Şuşa həbsxanasının sabiq işçisi Maksim ona Cəfərov Əbdülün sağ olduğunu və həmin həbsxanada saxlandığını bildirib.

 

24.07.2013 16:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*