Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-6)

23.01.2013 | 11:54

1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

 

Bizi əsirlikdən qurtarın (davamı-6)Abdullayev Rövşən Sabir oğlu

1964-cü ildə Azərbaycarı Respublikasının Ağdam şəhərində anadan olub. 24 iyul 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal olunan zaman əsir götürülüb.

Erməni əsirliyindən qayıtdıqdan sonra Bakı şəhəri, Əhmədli qəsəbəsi, Gəncə prospekti 15, mənzil 803-də məskunlaşmış Ağdam ra­yonunun Sarıcallı kənd sakini Əliyev Xəqani Vəliyəddin oğlunun bildirdiyinə görə, əsirlikdə Nurəddin adlı bir nəfər ona Sabirin oğlu Rövşənlə birlikdə tutulub gətirildiyini söyləyib.

Bakı şəhəri, Tusi küçəsi 43, mənzil 11-də yaşayan Məmmədov Cahangir Əbdüləli oğlu qohumu Rəhimov İlqarın 1993-cü ilin iyul ayında tanışı Adullayev Rövşənin idarə etdiyi «Qaz-24» markalı maşında Ağdama getdiyini və bir daha geri dönmədiyini bildirib.

Girov götürülmüş Rəhimov İlqarın dayısı – Bakı şəhəri, Mehmandarov küçəsi 100, mənzil 42-də yaşayan Məmmədov Şəmsi Həsən oğlunun dediyinə görə, Ağdam rayonu işğal olunan zaman bacısı oğlu Ab­dullayev Rövşənin idarə etdiyi maşında ora gedib. Əsirlikdən qayıtmış ağdamlı qadın bildirib ki, göy rəngli «Qaz-24» markalı bir maşının Ağcabədi-Ağdam istiqamətin-də hərəkət etdiyini görüb, yaralı Nurəddin adlı şəxs onu buraya Sabirin oğlu Rövşənin gətirdiyini deyib.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin məlumatında Abdullayev Rövşən Sabir oğlunun ermənilər tərəfindən girov götürüldüyü təsdiqlənib.

Bizi əsirlikdən qurtarın (davamı-6)Abdulov Samir Qadir oğlu

1974-ci ildə Bakı şəhərində anadan olub. 12 yanvar 1993-cü ildə Yasamal rayo­nunun Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Ağdərə rayonuna göndərilib. 20 yanvar 1993-cü il-də Ağdərə rayonunun Drambon kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb, Ermənistanın Leninakan rayonunda saxlanılıb.

Bu məlumatı Samirin Bakı şəhəri, H.Sultanov küçəsi 21-də yaşayan valideynləri Abdulova Dilbər Hidayət qızı və Abdulov Qadir Əbdül oğlu verib. Anasının dediyinə görə, ermənilər onların evinə zəng vuraraq Samirin Ermənistanın Kirovakan rayonunda saxlandığını bildiriblər.

Bizi əsirlikdən qurtarın (davamı-6)Abdurəhmanov Yasin Şakir oğlu

1972-ci ildə Azərbaycan Respublikası Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində anadan olub. 16 noyabr 1991 -ci ildə Ağdaş Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Gəncə şəhərində yerləşən polis taboruna göndərilib. Həmin taborun tərkibində 19 iyul 1992-ci ildə Ağdərə rayonunun Aterk kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Atası-Ağdaş rayonunun Qaracan-Şıxlar kənd sakini Abdurəhmanov Şakir Qoca oğlunun dediyinə görə, Yasinin axtarışı zamanı oğlunun son döyüşdə 41 hərbçi ilə birlikdə ermənilərin mühasirəsində qaldığını öyrənib. 1992-ci ilin iyul ayında həmin 41 nəfərdən biri olan Şəmkir rayonu Kor Təhnəli kənd sakini Arzu adlı şəxs Gəncədə yaşayan bibisinə zəng vuraraq Yasinlə birlikdə 30 hərbçi ilə erməni əsirliyində saxlandığını, azad olunmaq üçün 30 milyon rus rublu tələb olunduğunu deyib.

Atasının dediyinə görə, əsir və girovla-rın dəyişdirilməsi ilə məşğul olan Gürcüs-tan Respublikasının Marneuli rayonu Sa-daxlı kənd sakini Qurban adlı şəxs Arzunu ermənilərdən pulla alaraq qızı ilə evləndi-rib. 1996-cı ildə Qurban ona qarşı tərəfdə saxlanılan azərbaycanlı əsirlərin siyahısını göstərib. O, Yasini gah Seyran adlı əsirlə, gah da pula dəyişdirəcəyinə söz verib. La-kin nədənsə dəyişmə baş tutmayıb. Yasi-nin sonrakı taleyi haqqında başqa məlu-mat öyrənmək mümkün olmayıb.

Bizi əsirlikdən qurtarın (davamı-6)Abışov Mobil Mövsüm oğlu

1968-ci ildə anadan olub. 26 fevral 1992-ci ildə Xocalı faciəsi günü girov götürülüb.

Naftalan şəhərindəki «Qarabağ» sanatoriyasında məskunlaşmış həmyerliləri Abışov İlqar Niyaz oğlu və Abışov İntizam Niyaz oğlunun dediklərinə görə, Xocalı işğalı günü ermənilər onları Əsgəran Rayon Polis Şöbəsinə aparıb işgəncələr verən zaman Abışov Mobil Mövsüm oğlu da orada olub Sonradan onlar azad olunduqları üçün Mobili bir daha görməyiblər.

Naftalan şəhərində məskunlaşmış Xocalı şəhər sakini Əzizov Ramin ibrahim oğlunun verdiyi məlumata görə, Xocalı faciəsi zamanı ermənilər onları 13 nəfər yerli sakinlə Naxçıvanik kəndində tutub, Əsgəran Rayon Polis Şöbəsinə gətiriblər. Orada bir gün Abışov Mobil Mövsüm oğlu ilə eyni kamerada saxlanılıb. Səhəri gün başqa kameraya keçirildiyi üçün Mobili bir daha görməyib.

Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki «Sülh» pioner düşərgəsində məskunlaşmış Xocalı şəhər sakini Məmmədova Gülövşə Bəxtiyar qızı ərizəsində yazıb ki, ermənilər onları girov götürüb Əsgəran Ra­yon Poljs Şöbəsinin zirzəmisində saxlayanda Abışov Mobil də orada olub. 0, 2 gün sonra oğlu ilə azad olunub və bir daha Mobili görməyib.

 

“KarabakhİNFO.com”

23.01.2013 11:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*