Azərbaycanca

Bizi əsirlikdən qurtarın (davamı-7)

29.01.2013 | 11:33
1373528086_sirDəyərli oxucular, sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etməkdə davam edirik. Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.                     Bizi əsirlikdən qurtarın (davamı-7)Abışov Yusif Rafiq oğlu 1974-cü ildə Azərbaycan Respublikası İmişli rayonu­nun Yalavac kəndində ana­dan olub. 5 yanvar 1974-cü ildə İmişli Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 1 yanvar 1994-cü ildə Füzuli rayonu­nun Şükürbəyli kəndi uğrunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb. Erməni əsirliyindən qayıtmış Aslanov Azər Salman oğlu izahatında yazıb ki, 1994-cü ildə Şuşa həbsxanasında Abışov Yusif də onunla birlikdə olub. Sonradan ermənilər Azərin yerini dəyişdikləri üçün Yusifin taleyi haqqında heç bir məlumat əldə edə bilməyib.                       Adıgözəlov Ənvər Səfər oğlu 1969-cu ildə Bakı şəhərində anadan olub. 1992-ci il iyun ayının 27-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Tankçı kimi Ağdərə bölgəsinin bir çox qaynar nöqtəsində döyüşüb. 25 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Drambon kəndi uğrunda döyüşdə əsir götürülüb. Döyüş yoldaşlarının dediyinə görə, son döyüşdə Ənvərin tankının yandığını, özünün isə tankdan düşdüyünü görüblər. Adıgözəlov Ənvər yaralı halda əsir götürülərək Dağlıq Qarabağda saxlanılıb.         Bizi əsirlikdən qurtarın (davamı-7)Adıgözəlov Feyruz Firudin oğlu 1974-cü ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olub. 1992-ci il iyun ayının 27-də Göyçay Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Həmin il oktyabr ayının 11-də Feyruzun xidmət etdiyi hərbi hissə Laçın rayonunun Səfiyan kəndi ətrafında gedən döyüşlərə göndərilib. Feyruz oktyabrın 18-də Səfıyan kəndi yaxınlığında əsir götürülüb. Atası-Adıgözəlov Firudin Mərdan oğlunun Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi Noyemberyan ra­yon şöbəsinin rəisi Alik Sarumyandan əldə etdiyi məlumata görə, Feyruz Yerevan şəhər Hərbi Polis İdarəsinin İstintaq Təcridxanasında saxlanılıb
  Bizi əsirlikdən qurtarın (davamı-7)Ağalarov Yaşar Musa oğlu 1975-ci ildə anadan olub. Qarabağ uğrunda döyüşlərdə iştirak edib. 26 aprel 1994-cü ildə Tərtər rayonunun Nəmirli kəndi uğrunda döyüş zamanı ermənilər tərəfindən əsir götürülüb. Atası-Goranboy rayonu Xanqərvənd kənd sakini Ağalarov Musa Salah oğlu ərizəsində yazıb ki, Əsgəran rayonu Daşuşen kənd sakini, Bakı şəhərinin Buzovna qəsəbəsindəki «Zuğulba» sanatoriyasında məskunlaşmış Abdullayev Tofiq İsmayıl oğlunun əldə etdiyi məlumata görə, Şuşa şəhərindəki erməni alayının rəisi Armayis Saakyanın təsdiq etdiyi, Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilmiş, Xankəndi və Şuşa şəhərlərində yerləşən erməni alaylarında və şəxsi evlərdə saxlanılan 37 azərbaycanlı hərbi əsirin siyahısında Ağalarov Yaşarın da adı olub. Qarşı tərəf onları jurnalist Salatın Əsgərovanın qətlinin təşkilatçısı, «Napoleon» ləqəbli Arkadi Ayriyanla dəyişmək istəyib. Ayriyan vəfat etdiyi üçün dəyişmə baş tutmayıb. Bu faktı hərbi əsir Hümbətov Xalid Əli oğlunun atası-Kəlbəcər rayonu Halçalı kənd sakini Hümbətov Əli, əsir Muxtarov Telman Əlisahib oğlunun atası-Hacıqabul rayonu Nəvahi kənd sakini Muxtarov Əlisahib, əsir İsayev Bəxtiyar Səfər oğlunun atası-Bakı şəhəri, Motodrom massivi, ev 8-də yaşayan İsayev Səfər Əli oğlu da təsdiq edib.
 “KarabakhİNFO.com”

 

 

29.01.2013 11:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*