Azərbaycanca

“Bizim diaspor, bizim media” adlı dəyirmi masa keçirilib

06.11.2014 | 15:25

10416856_989103317783425_1858837216_nAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının Diskussiya Klubunda növbəti müzakirə keçirilib. “Bizim diaspor, bizim media” adlı dəyirmi masa, portalın Diaspor Jurnalistlər Birliyi ilə müştərək təşkilatçılığı sayəsində baş tutub.

 

Müzakirələrdə www.1905.az portalından Fuad Babayev, Diaspor Jurnalistlər Birliyindən Fuad Hüseynzadə, Diasporla iş üzrə Dövlət Komitəsindən Elşad Miraləm, “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalından Zaur Əliyev, baymedia.az saytından Əli Zülfüqaroğlu və Elnur Eltürk, “Binəqədi” qəzetindən Siyavuş Əmirli və Vətənpərvər Gənclər Klubunun nümayəndəsi Vüqar Nuriyev iştirak ediblər. İnternet körpü vasitəsilə Diaspor Jurnalistlər Birliyinin Ukrayna təmsilçisi Qaraş Tağıyev də müzakirələrə qatılıb. Azərbaycan diasporunun fəaliyyətinin yerli, həmçinin xarici mediada işıqlandırılması sahəsində rast gəlinən problemlərin həlli imkanları tədbirdə geniş müzakirə edilib.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

06.11.2014 15:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*