Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçirilir
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsini növbəti dəfə boş qoymayıb. O, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparmaq üçün Vyanada olduğunu yazıb.
“KarabakhİNFO.com” beynəlxaql elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, həmsədr bildirib ki, müzakirələr ATƏT-in Vyana ofisində üzv ölkələrin təmsilçiləri ilə keçiriləcək.
C.Uorlik müzakirələrdən sonra münaqişənin sülh yolu ilə həlli üçün regiona vacib səfər edəcəklərini diqqətə çatdırıb.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik regiona gəlişi bu il fevralın 17-nə planlaşdırılıb.
“KarabakhİNFO.com”