Azərbaycanca

Bizim üçün xoş xəbər

07.02.2015 | 15:10

ATET

Türkiyənin Minsk qrupunda həmsədrliyə gətirilməsi gündəmdədir

 

 

Almaniya Cənubi Qafqazda regional siyasəti aktivləşdirmək niyyətindədir. Qarabağ probleminin nizama salmasında da Almaniya daha fəal iştirak etmək istəyir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri və kansler Angela Merkel ilə görüşü zamanı verilən rəsmi bəyanatlardan da görmək mümkündür. Bura həmçinin xarici işlər naziri Frank Valter Ştaynmayerin keçən ilin sonunda Azərbaycana və Ermənistana səfərini də əlavə etmək olar.

 

 

Ümumiyyətlə, Almaniyanın Cənubi Qafqaz üzrə siyasəti qoca oyunçuların – Rusiyanın, Fransanın, ABŞ-ın və Türkiyənin siyasətinə uyğun gəlirmi?

 

 

 

ANS PRESS-in məlumatına görə, rusiyalı politoloq Aleksandr Stepanyan erməni saytlarına müsahibəsində bildirib ki, Qarabağ münaqişəsinin nizama salmasında Almaniya Türkiyənin mövqeyinə həssas yanaşır. Cənubi Qafqazda düyünlərin açılmasında Almaniyanın mövqeyi region, xüsusi halda Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqi yanaşmaya əsaslanır. Berlin dəfələrlə vurğulayıb ki, Ermənistan və Azərbaycan yalnız beynəlxalq hüquqdan istifadə edərək hansısa mübahisəli məsələlər ətrafında razılıq əldə edə bilər. Bu da adı çəkilən ölkələrin səsləndirdiyi fikirlərə uyğundur.

 

 

Onun sözlərinə görə, Avropa İttifaqının antiböhran siyasətində son illər Paris və Berlin kimi iki vasitəçilik gücü yaranıb. Bura Türkiyənin əlavə olunması, eləcə də, Türkiyənin və Almaniyanın hesabına ATƏT-in Minsk qrupunun genişləndirilməsi mümkün görünə bilər.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

07.02.2015 15:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*