Azərbaycanca

Blokada vəziyyəti Naxçıvanın iqtisadi, mədəni inkişafına necə təsir edib?

14.04.2014 | 13:21

1397467203_naxcivan-mehmanÖtən əsrin 90-cı illərində Azərbaycanın torpaqlarının işğal olunması ilə nəticələnən Erməni təcavüzünün nəticəsində Azərbaycana dəyən maddi, mədəni ziyanların sayı ölçüyəgəlməz dərəcədə çoxdur. Ermənilər bu gün də dünyada qurduqları lobbi şəbəkəsi ilə Azərbaycana təzyiq göstərməyə, qardaş Türkiyədə olmayan bir soyqırım iddiası ilə çıxış etməkdədirlər.

 

 

 

Ərazilərimizin işğalı nəticəsində ölkənin strateji bölgəsi olan Naxçıvanla Respublikanın qurudan birbaşa əlaqələri kəsilmiş, Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüşdür. Mühüm strateji əhəmiyyətə malik Naxçıvanı işğal etmək ermənilər üçün başlıca məqsədlərdən biri olub. Ötən əsrin 20-ci illərində ciddi cəhdlər olmuş, Türkiyənin müdafiəsindən və yerli əhalinin mübarizəsindən sonra düşmənin məkrli planı həyata keçməmişdir. 90-cı illərdə Naxçıvan əhalisi ağır iqtisadi vəziyyətə baxmayaraq, boyun əyməmiş, düşmənlə öz mübarizəsini davam edirmişdir.   Bu gün Azərbaycan sürətlə inkişaf edən bir ölkədir. Çətin olmasına baxmayaraq Respublika rəhbərliyi Naxçıvanın hərtərəfli təminatı üçün nə lazımdırsa edir. Bu isə Azərbaycana əlavə xərclərin çəkilməsi hesabına başa gəlir. Ermənistanın Naxçıvanı blokadada saxlaması hər il Azərbaycan büdcəsinə böyük miqdarda ziyan vurur. “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq, məsələ ilə bağlı Naxçıvandan olan gənclərlə müzakirə apardıq. Sizə gənclərlə olan müsahibəmizi təqdim edirik.

 

  Eltun İbrahimov, Gənc Diplomatlar Birliyinin baş katibi1397467392_eltun-ibrahimov

 

 Daşınma hava nəqliyyatı vasitəsilə olduğundan, eyni zamanda daşınma xərclərinin baha olması satış məhsullarının da baha olmasına gətirib çıxarır.  

 

 

–         Keçən əsrin 90-cı illərindən başlanan erməni separatizminin və təcavüzünün genişlənməsi nəticəsində Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa yerüstü quru əlaqələri kəsildi. Xüsusilə, dəmiryolu xəttində ermənilər tərəfindən törədilən müxtəlif təxribatlar və dinc insanlara qarşı terror aktları, bu nəqliyyatın fəaliyyətinin tamamilə dayanmasına səbəb oldu. Bu isə Naxçıvanın blokadası ilə nəticələndi.   Ermənistan tərəfindən məqsədli şəkildə yaradılan bu blokada Azərbaycanın tərkib hissəsi olan Naxçıvana hər il yüz milyonlarla manat iqtisadi ziyan vurur. Əgər indiyə kimi dəmiryolu fəaliyyət göstərsəydi, yükdaşımaları sovet dövrünə nisbətən hal-hazırda 2-3 dəfə arta bilərdi. Bu isə Naxçıvanın daha da inkişaf etməsinə və çiçəklənməsinə səbəb olardı. 20 ildən ardıq müddət ərzində dəmiryolunun kəsilməsi və şose yolunun bağlanması nəticəsində Muxtar Respublikanın iqtisadiyyatına və mədəni həyatına dəyən bütün zərərlər, eləcə də bu illər ərzində Muxtar Respublikanın müdafiəsi üçün Azərbaycan Respublikasının büdcəsindən ayrılan pullar da kompensasiya şəkiində Ermənistan tərəfindən Azərbaycana ödənilməlidir.   Blokada davam etdiyi müddətdə Naxçıvanda yükdaşımanın artması və sahibkarların stimullaşdırılması üçün yükdaşıma nəqliyyatlarının xərclərinin ucuz başa gəlməsi lazımdır. Bununla Muxtar Respublikanın ticarət əlaqələri davamlı artar, blokadanın gətirdiyi maliyyə zərərləri müvəqqəti kompensasiya edilər. Muxtar Respublikanın ölkənin digər əraziləri ilə sərhəd baxımından bitişik olmaması ümumrespublika mədəni mübadiləsini çətinləşdirir, ölkədaxili iqtisadi əlaqələri zəiflədir. Bununla ən çox maliyyə zərəri məhz Muxtar Respublikaya dəyir. Daşınma hava nəqliyyatı vasitəsilə olduğundan, eyni zamanda daşınma xərclərinin baha olması satış məhsullarının da baha olmasına gətirib çıxarır. Beləliklə alıcılıq qabiliyyəti aşağı düşür. Ancaq yüksək məbləğli məhsulların satışı fayda verə bilər, lakin bu da ölkə daxilindəki qiymətlərin olduqca fərqlənməsinə gətirib çıxarır. Bu isə qəbuledilməzdir.   1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdur. Regionda marağı olan böyük dövlətlər, İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi. Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi: “İgid naxçıvanlılar….. bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq, doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.   Sara Sadıqova, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi   Türkiyə hökuməti müstəqillik illərindən sonra belə Naxçıvanın hər bir bölgəsinə humanitar yardımlar göndərirdi.   –         Naxçıvan Muxtar Respublikası Azərbaycanın cənub-qərb hissəsində, üç dövlətin – Türkiyə, İran və Ermənistanın sərhədində yerləşir. Həm inzibati, həm də siyasi cəhətdən blokadadadır, Azərbaycanla quru əlaqəsi yoxdur. Ən kiçik sərhəd Sədərək-İğdır keçidi vasitəsilə Türkiyə Cumhuriyyəti ilə olan 13 km-lik bir ərazidir.   Naxçıvanın taleyi Azərbaycanla yanaşı Türkiyə ilə də sıx bağlı olmuşdur.  Sovet imperializmi tərəfindən Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşdü. Blokadaya düşdükdən sonra Behbud ağa Şahtaxtinski Naxçıvana muxtariyyat statusu verilməsi ilə bağlı prinsipial mövqe tutmuş və bu mövqe öz nəticəsini 1921-ci il Moskva müqaviləsində göstərmişdir. Belə ki Osmanlı Türkiyəsi ilə RSFSR arasında bağlanmış bu müqaviləyə əsasən Naxçıvanın muxtariyyat statusu təsbit edilmişdir. Həmin il, oktyabrın 13-də RSFSR ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında bağlanmış Qars müqaviləsində Naxçıvanın ərazisi və sərhədləri dəqiqləşdirilmişdir. Həmin müqaviləyə görə Türkiyə, Rusiya və Qafqazın digər respublikalarının Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımasına beynəlxalq hüquqi təminat verilirdi. Onu da qeyd etmək lazımdır ki, Naxçıvanın muxtariyyat tipi milli-mədəni yox, sırf inzibati-ərazi səciyyəsi daşıyır. Naxçıvan əhalisi Azərbaycanlılarla eyni etnik kökə malikdir.   Hamıya məlumdur ki, Naxçıvanın blokada vəziyyəti onun inkişafına heç də yaxşı təsir göstərməmişdir. Naxçıvanla olan dəmiryol əlaqəsi 1992-ci ilin aprelində tamam kəsilmişdir. Müstəqillik dövrünə qədər Azərbaycan Naxçıvana demək olar ki, əli çatmırdı. Bu mənada Türkiyənin rolu danılmazdır. Tək müqavilə öhdəliyinə görə yox, həm də qardaşlıq, etnik bağ məsələlərinə görə Türkiyə hər zaman Naxçıvanı himayə etmiş, ona sahib çıxmışdır. Şəxsi şahidliyimə əsasən deyə bilərəm ki, Türkiyə hökuməti müstəqillik illərindən sonra belə Naxçıvanın hər bir bölgəsinə humanitar yardımlar göndərirdi. Qida, ərzaq, əczaçılıq məmulatları və s.  bura daxil idi. Lakin bütün bunlara baxmayaraq Naxçıvanın blokadaya alınması Azərbaycan Respublikasına hər il yüz milyonlarla manat ziyan vurur. Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu bildirib ki, əgər indiyə qədər dəmiryolu fəaliyyət göstərsəydi yükdaşımalar sovet dövrünə nisbətən iki-üç dəfə artmış olar, bu isə Naxçıvanın daha yüksək inkişaf pilləsinə səbəb olardı. 22 ildir bu ərazi ilə dəmiryolu əlaqəsinin kəsilməsi Muxtar Resbublikanın iqtisadi və mədəni həyatına ölçüyəgəlməz zərərlər vurmuşdur.    …Naxçıvan Azərbaycanın sivilizasiya beşiyidir. İlk şəhər mədəniyyətinin burada yaranmasından tutmuş Əmir Teymura  meydan oxuyan və qalib gələn Əlincəsindən keçərək Azərbaycanın istiqlalının elan olunmasına qədər azadlıq nəfəsimiz olan bu torpaq əcdadımızın mənəviyyatını daşımaqdadır. Qədimliyi, orta əsrlər ruhu hər addımda hiss olunan bu torpağın havasında, suyunda qədimlikdən, mühafizəkarlıqdan əlavə, bir təntənə  vardır.  

 

Mehman Həsən  

 

 

“KarabakhİNFO.com”

14.04.2014 13:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*