Azərbaycanca

BMT-dən Qarabağ bəyanatı

05.08.2014 | 07:15

10588905_1513815355499503_1137334589_nBMT Baş Katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və şiddətdən çəkinməyə çağırıb.

 

ANS PRESS-in məlumatına görə, bu barədə ümumdünya təşkilatın rəsmi nümayəndəsinin bazar ertəsi yaydığı bəyanatda deyilir. “O (Pan Gi Mun) bütün tərəfləri atəşkəs danışığına hörmət etməyi, növbəti şiddətdən çəkinməyi və dərhal özlərini məsələnin sürətli və dinc siyasi həllinə nail olmaq üçün dialoqa həsr etməyi çağırdı” deyə nümayəndə Pan Gi Munu şərh edir.

 

Sənəddə deyilir ki, Baş katib son günlərdə münaqişə zonasında artan gərginlikdən ATƏT-in Minsk qrupunun narahatlığını paylaşaraq səylərini tam dəstəklədiyini bildirib.

 

“KarabakhİNFO.com”

05.08.2014 07:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*