Azərbaycanca

“Boya-başa çatdığım torpağı itirmək olduqca çətin duyğudur”

03.04.2014 | 11:27

1396510013_defaultMüsahibim əslən kəlbəcərli, 73 yaşlı el ağsaqqalı, fizika-riyaziyyat elmləri doktoru Şahlar Əsgərovdur. “KarabakhİNFO.com” beynəlxalq e- jurnalı bu müsahibəni təqdim edir:

– Şahlar müəllim, Kəlbəcər Azərbaycan üçün nə demək idi?

 

Kəlbəcər Azərbaycan üçün hər şey demək idi. Təəssüflər olsun ki, Kəlbəcərin inkişafı və müdafiəsinin möhkəmləndirilməsinə fikir verilmədi. Kəlbəcər rayonu ərazisində 20-dək istisu, 100-dən çox narzan, 30 mindən artıq təbii, sərin çeşmələr var idi. Əgər müalicə əhəmiyyəti olan bu isti və narzan qaynaqlardan axan suları qablaşdırıb satsaydıq, gələn gəlir Azərbaycanın iqtisadiyyatının inkişafına güclü təkan verərdi. Tərtər çayının demək olar ki, 20 faizi mineral sular idi. Bu sular axıb aran rayonlarını şoranlaşdırırdı. Kəlbəcər meşələrində 100-dən çox ağac və kol bitirdi. Burada qırmızı palıd, meşə fındığı kimi nadir ağaclar əmələ gəlirdi. Kəlbəcər Azərbaycan üçün sarsılmaz qala idi. Erməni cəlladları bir yanı Dağlıq Qarabağ və bir yanı Ermənistanla əhatələnmiş bu qalaya 1918-20-ci illərdə və əvvəlki dövrlərdə ayaq basa bilməmişdilər.

 

Kəlbəcəri  itirməklə biz nələri itirdik?

 

Kəlbəcəri itirməklə hər şeydən əvvəl biz Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının itirilməsinə zəmin yaratdıq. Əgər Laçın və Kəlbəcər kimi qalalar işğal olunmasaydı,  adları çəkilən rayonları düşmən əsla işğal edə bilməzdi.  Kəlbəcəri itirməklə biz həmçinin zəngin təbii sərvətləri itirdik, dağlarımız kimi vüqarımızı, döyüş əzmimizi, iradəmizi itirdik.

 

– Siz Kəlbəcərin işğal edildiyi günləri necə xatırlayırsınız?

 

Mən o günü xatırlamıram. Kəlbərin işğalı kino lenti kimi hər gün göz önümdən keçir. Yaşadığım, boya-başa çatdığım torpağı itirmək olduqca çətin duyğudur. Mən digərləri kimi demirəm gələn il bu vaxtı Qarabağda, Kəlbəcərdə olaq. Çünki illərdir bu ifadəni deyirik. Mən yalnız Kəlbəcərə gedəcəyim günün həsrətilə yaşayıram.

Qarabağın azad olunması üçün Ali baş komandan İlham Əliyev tərəfindən döyüş əmri verilməlidir. Belə bir əmr verilərsə, əli silah tutan hər bir şəxs döyüşə yollanmalıdır. Döyüşə yollanan əsgərlərimizin istəyi işğal altında olan torpaqların geri alınması və düşməni məhv etmək olmalıdır.

 

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

03.04.2014 11:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*