Azərbaycanca

“Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

10.07.2014 | 13:30

fallon“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın mövqeyi bəllidir. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Bu, enerji təhlükəsizliyi üçün də vacibdir”.   “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon (Michael Fallon) bildirib.   M. Fallon həmçinin  ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunub: “Biz istərdik ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini daha da artırsın və danışıqlar prosesi tezliklə müsbət nəticə versin”.   

“KarabakhİNFO.com” 

10.07.2014 13:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*