Azərbaycanca

Böyük Britaniyanın ermənilərə verdiyi yalançı vədlər

03.06.2014 | 12:10

1401781414_arslanyanDoktor Artin Arslanyanın Fresno Universitetindəki (Kaliforniya) 20.02.2014 tarixli konfransından Öz tarixinin böyük bir qismində , Ermənistan qüdrətli imperiyaların ya piyadası olub, ya da onların gözündə ticarət mövzusu olaraq qalıb. Birinci Dünya Müharibəsi zamanı Ermənistan tarixinin ən dağınıq dövrünü yaşayırdı. Ermənilər, o cümlədən Yaxın Şərqin digər xalqları, mütəffiqlər, xüsusən də Böyük Britaniya tərəfindən istifadə edilərək onların maraqlarına xidmət edən bir vəziyyətə gəldilər.

Fevral ayının 20-də baş tutan konfrans zamanı, Dr. Artin Arslanyan “Ermənilər, gürcülər, azərbaycanlılar, ərəblər və yəhudilər: Birinci Dünya Müharibəsindən sonra Britaniyanın müstəmləkə fəlsəfəsi” adlı mühazirə ilə çıxış etdi. Dr. Arslanyan Nyu-Yorkun Marist kollecində tarix və beynəlxalq münasibətlərdən dərs deyir. O, ingilis və müasir Yaxın Şərq tarixi üzrə mütəxəssisdir. Bundan əlavə o, Yaxın Şərqdə amerikan missiyası mövzusunun bilicisidir və bu haqda bir neçə kitabı nəşr edilmişdir. İlk illərdə Cənab Artisyan Rusiya vətəndaş müharibələri ilə maraqlanır və araşdırmalarını bu istiqamətdə aparır.

 

Lakin, araşdırmaları zamanı Ermənistanın çəkdiyi əziyyətlər və Zaqafqaziyanın britaniyalılar tərəfindən işğalından sonra onların etdiyi xəyanətlərlə tanış olur. Beləliklə, bu hadisələr onun diqqətini çəkir. Arslanyan nitqinə İngiltərənin birinci dünya müharibəsinə daxil olma kontektsini izah etməklə başladı. Müharibəni idarə edən generalların ağlında geniş yayılmış və tətbiq etdikləri bir düşüncə tərzi mövcud idi – Qərb cəbhəsi dalana düşəndə bir neçə metr irəliləmək üçün sipər (üz-üzə) müharibələrində minlərlə insan qurban verirdilər. Yaxınlarına Miladda dönəcəklərini söz verən əsgərlər yanılırdılar. İngiltərə anlayırdı ki, müharibəni qazanmaq üçün köməyə ehtiyacı var və Osmanlı imperiyasına qalib gəlmək üçün öz mütəffiqi Rusiyadan asılıdır.

 

Britaniyalılar Osmanlı hökümətinə qarşı çıxacaqları və Rusiyanı pulla təmin etməyə kömək edəcəkləri təqdirdə, ərəblərə müstəqil krallıq qurmağı vəd etdilər. Belə bir razılaşma müharibədən sonra İngiltərəni daha da gücləndirəcəyi üçün Fransada narahatçılıq yaradırdı. Belə olan təqdirdə İngiltərə ərəblərə verdiyi vədə zidd olaraq fransızlara Yaxın Şərqi öz aralarında bölüşdürəcəklərinə söz verdi. Artin Arslanyan köhnə bir ərəb atalar sözünü misal gətirdi: “Dənizdə boğulan ilana sarılar”. İngiltərə öz mütəffiqlərinə onun maraqlarına xidmət etsinlər deyə müxtəlif vədlər verirdi. 1917-1918-ci illərdə Rusiyadakı bolşevik üsyanı zamanı britaniyalılar ermənilərlə maraqlanmağa başlayırlar. Bildiyimiz kimi Osmanlı türklərinin Bakıya qədər irəliləməsi və neftə sahib olması fəlakətlərə səbəb olacaqdı. Belə bir şəraitdə rusların olmamasından istifadə edən ingilislər ermənilərə öz köməklərini təklif edirlər. Türklərin Bakını işğal etmələrinə mane olacaqları təqdirdə, britaniyalılar ermənilərə onların tarixi torpaqları daxilində müstəqil dövlət qurmağı vəd etdilər. İngiltərə Rusiya vətəndaş müharibəsi dövründə bolşeviklərə qarşı mübarizə aparmaq üçün Qafqazda qoşunlarını saxlamaq istəyirdi. Azərbaycan və Gürcüstan Mərkəzi Hökümətə bağlı qaldılar. Ermənilər regiondakı yeganə millət idi ki, ingilis köməyini qəbul etdi. Regionu nəzarət altında saxlamaqlarına baxmayaraq ingilislər bu torpaqlara ziyan verən ərazi mübahisələrinə müdaxilə etməyiblər. Bununla belə onlar söz vermişdilər ki, bütün mübahisəli sərhədlər münaqişənin sonunda həll ediləcək. Təəssüf ki, bolşeviklər vətəndaş müharibəsində qələbə çaldıqdan sonra, Qafqaz Britaniya imperiyasının gözündə stratejik əhəmiyyətini itirdi. Hindistan, Misir, Fələstin, İrlandiyada artan narazılıqlar İngiltərəni Qafqazdan çəkilməyə və diqqətini bu bölgələrə yönəltməyə məcbur etdi. Bir çox ingilis generalları ermənilərə, ərəblərə və digər xalqlara verilən, həmçinin əməl olunmayan vədlərinə irqçi arqumentlərlə haqq qazandırırlar. Onlar elan edirdilər ki, sivilləşmək istəməyən insanları sivilizasiyaya çəkmək üçün daha artıq pul israf etmək istəmirlər. Bəziləri daha irəli gedərək bütün Yaxın Şərq əhalisinin həyatının bir ingilisin yaşamasından daha önəmli olmadığını deyirdilər. Sovet təbliğatı ingilislərin bu düşüncə tərzindən onların əleyhinə istifadə edir. Ermənistanı birləşdirəndə bolşeviklər bildirirlər ki, heç bir kapitalist millət etibar edilməyə layiq deyildir və bundan sonra ermənilər Sovet İttifaqına arxalanmalıdırlar. Dr. Arslanyanın mühazirəsi Birinci Dünya müharibəsi və onun nəticələrinin görünməyən tərəflərini işıqlandırır. Bu faktlara demək olar ki, tarix kitablarında və KİV-də rast gəlinmir.Biz burada Britaniya imperiyası tərəfindən verilən lakin, əməl olunmayan vədlərin müharibənin gedişinə necə təsir etdiyinin şahidi olduq.

 

Fərid Əliyev

“KarabakhİNFO.com” 

03.06.2014 12:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*