Azərbaycanca

BQXK Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə qarşısına çıxarılmalarına münasibət bildirib

22.10.2014 | 12:00

804c03e10e8aa79d6ae35ac88036a30bBeynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı sorğunu cavablandırıb.

 

 

Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla bağlı keçiriləcək məhkəmə prosesi barədə məlumatlıdır: “Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq həmin şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamasına şərait yaradır. Beynəlxalq humanitar hüququn bir hissəsi olan Cenevrə konvensiyalarına görə, saxlanılan şəxslərə humanist münasibət və uyğun saxlanma şəraiti olmalıdır. Beynəlxalq humanitar hüquq müdafiə olunan şəxslərin məhkəmə prosesi ilə üzləşməsinin qarşısını almır. Həmçinin beynəlxalq humanitar hüquq hər zaman məhkəmə ilə bağlı hüquqi təminatlara riayət olunmasını tələb edir”.

 

 

İ. Hüseynova həmçinin qeyd edib ki, məhkəmə prosesi barədə BQXK heç bir şərh vermir: “Beynəlxalq Qızıl Xaç Komitəsi məhkəmə proseduru barədə məlumat mənbəyi deyil”.

 

 

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 

 

H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.

 

 

Erməni mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyevin oktyabrın 27-də Xankəndində məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayıb.

 

 

“KarabakhİNFO.com”

 

 

 

22.10.2014 12:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*