Azərbaycanca

Britaniya parlamentinin 50-dən artıq üzvü məcburi köçkünlərə dair parlament təşəbbüsünü dəstəkləyib

09.09.2014 | 11:50

uk parliamnetAvropa Azərbaycan Cəmiyyətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına verilən məlumata görə, sənəd Liberal Demokrat Partiyasının sədr müavini və Beynəlxalq İnkişaf Komitəsinin sədri Ser Malkolm Brüs tərəfindən müzakirəyə çıxarılıb. Bu, onun Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycana təşkil etdiyi səfəri zamanı azərbaycanlı məcburi köçkünlərin düşərgələrinə səfərindən sonra baş verib.

 

 

Digər sponsorlar Mühafizəkar Partiyasının üzvü, keçmiş nazir Peter Bottomley, həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Bləkman də Azərbaycandakı məcburi köçkün düşərgəsinə səfər ediblər. Leyborist Partiyasının üzvləri Alan Meale, Anne Begg, Əmək və Pensiya Komitəsinin sədri və Demokratik Birliyin təmsilçisi Cim Şannon bu təşəbbüsü dəstəkləyənlər sırasındadırlar.

 

 

Dəstəyin böyük hissəsi AAC-ın təşəbbüsü olan “Many Happy Return”s (Xoş Arzularla) kampaniyası (www.manyhappyreturnsidp.com) çərçivəsində göstərilmişdir. Bu kampaniya dünyada ən çox məcburi köçkün əhaliyə malik ölkələrdən olan Azərbaycana yönəlib. Britaniya parlamentinin üzvlərinə göndərilən açıqcaların üzərində olan məcburi köçkün düşərgələrində yaşayan bir neçə kişi, qadın və uşaq şəkillərini əks etdirən təsirli şəkillər onları bu təşəbbüs sənədini imzalamağa sövq edib.

 

“KarabakhİNFO.com”

 

 

09.09.2014 11:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*