Azərbaycanca

Britaniyadan Ermənistana mesaj: “Qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun “məhkəmə”sini tanımırıq”

28.01.2015 | 16:39

lord_kilclooney_280115

Lord Con Teylor Kilkluninin Böyük Britaniya parlamentində ünvanladığı sualı cavablandıran ölkənin Xarici İşlər Nazirliyinin dövlət məsələləri üzrə naziri Baronessa Anelay bildirib ki, Böyük Britaniya hökuməti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.

 

 

 

 

 

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı Trend-ə istinadən məlumat verir ki, Lord Kilkluninin sualı qohumlarının işğal olunmuş Azərbaycan ərazilərdəki məzarlıqlarına baş çəkərkən, Ermənistan silahlı qüvvələri tərəfindən pusquya salınan və girov götürülən iki azərbaycanlı mülki şəxsin – Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.

 

 

 

“Dağlıq Qarabağ respublikası”nı tanımaması ilə yanaşı, Baronessa Anelay qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını tanımır.

 

 

 

Dövlət məsələləri üzrə nazir Böyük Britaniya hökumətinin iki girovun taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında da qaldırdıqlarını dilə gətirib.

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

28.01.2015 16:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*