Azərbaycanca

Britaniyalı deputat: ”Azərbaycana məxsus ərazilər qaytarılmalıdır”

05.08.2014 | 09:55

Gerry_Sutcliffe picBöyük Britaniya Leyborist Partiyasının ölkə parlamentdəki üzvü Jerri Sütklif (Gerri Sutkliffe) Ermənistan-Azərabaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti şərh edib.

 

“Son günlər münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin 14 hərbçisi həlak olub, 2 azərbaycanlı mülki şəxs isə qanunsuz olaraq həbs edilib. Azərbaycana məxsus olan ərazilər qaytarılmalı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünlərə öz evlərinə geri dönmək üçün imkan verilməlidir. Mən Azərbaycanda səfərdə olan zaman məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə baş çəkib onların şəraiti ilə yaxından tanış olmuşam. Azərbaycan hökumətinin məcburi köçkünlər üçün rahat yaşayış şəraiti yaratmaq üçün səy göstərdiyi zaman yenə də bu insanların ən böyük arzusu öz evlərinə qayıtmaqdır. Ermənistan buna dair öz öhdəlikləri ilə bağlı ölçü götürməli və yol verdiyi beynəlxalq hüquq pozuntularına son qoymalıdır” .

 

Məlumat üçün bildirək ki, Jerri Sütklif sonuncu Leyborist hökumətində davamlı və nəzərə çarpan siyasi karyera qurmağa müvəffəq olub. O, ədliyyə və idman naziri olmaqla yanaşı, Ticarət və Sənayə Departamentində yüksək vəzifələrdə çalışıb.

 

“KarabakhİNFO.com”

05.08.2014 09:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*