Azərbaycanca

Britaniyanın “City” Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib – FOTO

25.02.2015 | 11:46

city_universiteti_250215_01Britaniyanın “City” Universitetində Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı tədbir keçirilib

 

 

 

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının Trend-ə istinadən məlumatına görə, tədbiri açan universitetin Azərbaycan Cəmiyyətinin sədri Azər Əsgərov Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

 

 

 

 

city_universiteti_250215_02 Faicənin sözün əsl mənasında soyqırım olduğunu diqqətə çatdıran, A.Əsgərov Xocalıda yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini bildirib.

 

 

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Diplomat Xocalıda törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirmiş, bir çox ölkənin və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulamışdır.

 

 

 

 

city_universiteti_250215_05

 

Kembric Univeristetinin müəllimi Declan Orielly təqdimatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsi elmi-praktiki, siyasi və iqtisadi cəhətdən ətraflı təhlil edib. Dünyadakı bütün münaqişələrin tezliklə həllini tapmasını arzu edib.Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən sənədli film nümayiş olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

city_universiteti_250215_03

 

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

25.02.2015 11:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*