Azərbaycanca

Millət vəkili Avronest PA-na etiraz məktubu ünvanlayıb

20.09.2014 | 10:11

IMG_362216 oktyabr 2014-cü ildə Brüsseldə AvroNest PA-nın Büro iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

 

AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlamışdır. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.

 

 

AVRONEST PA həmsədrlərinə,
AVRONEST PA Büro üzvlərinə,

 

Hörmətli həmsədrlər,
Hörmətli həmkarlar,

 

 

Azərbaycan nümayəndə heyəti  2011, 2012 və 2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında AVRONEST PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST PA-nın növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirmişdir.

Azərbaycan nümayəndə heyəti bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir.

 

 

 

Hörmətlə,
Elxan Süleymanov,
AVRONESTPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

 

 

 

“KarabakhİNFO.com”

 

 

20.09.2014 10:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*