Azərbaycanca

Bu döyüş Ağdamda baş verən ən ağır döyüşərdən biri idi

23.01.2014 | 16:42

1390481826_1552815_657197260993903_269726868_n (1)Cəlilov Kərim Savalan oğlu 1958-ci ildə Ağdamın Seyidli kəndində anadan olub. Uzun illər Sovet ordusunda xidmət edib. 1991-ci ildə isə ölkəmizdə hərbi xidmətə başlayıb. Ağdamda ordu quruculuğu başlayan andan Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev ilə birlikdə Ağdamda özünümüdafiə batalyonu yaradıb. Hal – hazırda ehtiyatda olan baş leytinantdır.  

 

İlk dəfə döyüşə haradan başladınız?  

 

Mənim ilk döyüşüm Ağdamda Fərrux deyilən erməni kəndində olub. Bu kənd Ağdamın Cinli kəndi ilə üzbəüz idi. Fərrux kəndinin yuxarı hissəsi yüksəklikdə yerləşirdi. Bizim tabor isə dağın ətəklərində, Xaçın gölünün yanında yerləşirdi. Düşmənlər ətraf kəndləri və bizi asanlıqla atəşə tuturdular. Bizim batalyonun komandiri Şirin Mirzəyev idi. Onun başçılığı ilə bir neçə dəfə bu kəndə hücum edilmişdi, ancaq düşmənlər yüksəklikdə olduğundan hücumların qarşısını almağa nail olmuşdular. Nəhayət, Şirin Mirzəyev “Yeddi xırman” deyilən əraziyə toplar yerləşdirdi. Həmin toplarla düşmənin mövqeləri vurulduqdan sonra, onların atəşləri səngiməyə başladı. Biz Şirin Mirzəyevin başçılığı ilə “Fərrux əməliyyatı” adıyla hücuma keçdik. Güclü döyüş keçirdik. Biz düşmənin külli miqdarda canlı qüvvəsini məhv etdik. Yuxarı qalxaraq düşmənləri geriyə çəkilməyə məcbur edirdik. Bizim bu hücumumuz çox uğurlu alındı və Fərrux kəndin bir həmlədə ələ keçirməyə nail olduq. Biz bu əməliyyatı yerinə yetirərkən xeyli silah-sursat və digər qənimətlər əldə etdik.  

 

“Fərrux əməliyyatı” zamanı sizə düşmənlər hansı ərazilərdən atəş açırdılar?  

 

1390481897_1558717_657197437660552_75981649_nAğdamın bir çox kəndlərindən bizə atəş açılırdı. Bunlardan Kıçan, Ballı Qaya, Qazançı və digər ərazilərdən  atəşə məruz qalırdıq. Ən çox atəş açılan ərazilər yüksəklikdə yerləşən ərazilər idi. Qazançı kəndində ermənilər yaşadığından daha çox bu kənddən atəş açılırdı. Eşitdiyimə görə, əvvəllər Qazançı kəndində Türklər qalıb və onlar buranı qazan içi adlandırıblar. Sonradan bu ərazi bizə Qazançı deyə gəlib çatıb.  

 

Keçdiyiniz döyüş yolunda ən çox itki verdiyiniz döyüş hansı olub?  

 

Mənim keçirdiyim döyüşlərin ən ağırı Sırxavənd – Kıçan döyüşüdür. Bizim bu döyüşdə itkilərimiz də çox olub, yaralılarımız da. Biz Sıxravənd əməliyyatını yerinə yetirərkən bir həmlə ilə yeddi kəndi ələ keçirdik. Xankəndi ilə Ağdərənin arasındakı yolu bağladıq. Bu yol 86-cı yol adlanırdı. Biz bu yolu bağlayıb kömək gözləyirdik. Bizə Tərtər və Xoramurd tərəfdən kömək gəlməli idi. Amma nə qədər gözləsək də kömək gəlmədi. Düşmənlər bizi mühasirəyə aldılar və yenidən güclü döyüş başladı. Bu döyüşdə bizim yaralılarımız və şəhidlərimiz çox oldu. Biz bu döyüşdə 70 – 80 nəfərə yaxın itki verdik. Hətta bu döyüşdə Cəliləbaddan gələn bir rota yoxa çıxdı. Mühasirədən çıxa bilənlər çıxdı, çıxa bilməyənlər isə şəhid oldular. Bizim sağ qalmağımızın əsas səbəbi isə Şirin Mirzəyev oldu. Çünki Şirin Mirzəyev Qazançı yoluna öz qoşunun yerləşdirmişdi. Bizi bu yol ilə çıxarırdılar. Bu döyüş hər dəfə mənim yadıma düşəndə həyacan keçirdirəm. Bu döyüş Ağdamda baş verən ən ağır döyüşərdən biri idi.

 

  Sizin bu döyüşdə məğlub olmağınızın əsas səbəbi nə idi?  

 

 1390481941_1059432_657197370993892_1217620241_nBu döyüşdə bizim məğlub olmağımızın əsas səbəbi əlaqənin olmaması, bölüklər və taborlar arasında rabitənin olmaması idi. Bütün ölümlərin və yaralıların olması rabitənin olmamasından irəli gəlirdi. Uğursuz döyüşlərimizin əsas və başlıca səbəbi bu idi.  

 

Uğurlu döyüşləriniz necə, olubmu?  

 

Fərrux, Qazançı, Xoramurd, Qaralar, Bəşirlər, Ballı Qaya və bir çox uğurlu döyüşlərimiz olub. Sixravənd əməliyyatında biz yeddi kəndi düşməndən təmizləmişdik. Arada iki kənd var idi ki, bu kəndlərdən sonra Spanakert idi. Düşmənlər bu kəndləri boşaldıb qaçırdılar. Artıq onlar gedib Spanakertə belə çıxmışdılar. Keçirdiyimiz bu döyüşlərdən xeyli hərbi qənimətlər əldə etmişik. “Faqot” deyilən iri çaplı silahlar, hərbi maşınlar, silah-sursat və digər başqa qənimətlər əldə etmişik.  

 

Döyüş yoldaşlarınızdan kimləri xatırlayırsınız?  

 

“Qazançı əməliyyatı”nda yanımda olan döyüşçülərdən çoxu hal-hazırda qazidirlər. Əbilov Şamil, Rey Kərimoğlu, Bağırov Telman Fərman, Rüfət, Elməddin, Firidun, Etimad, Beyləqanlı Rizvan, Asəf, Mahir və bir çox adını çəkmədiyim digər qazilər var ki, onlar torpağı üçün, vətəni üçün ölümünü gözə alaraq, döyüşüblər. Şəhid olan döyüşçü yoldaşlarım daha çoxdu.  

 

Heç elə olubmu ki, ölümlə üz-üzə qalasınız?  

 

 Bəli, çox olub. Mənim yadımdadır, bir dəfə beş nəfər yol ilə gedərkən, minaya düşdük. Onların ikisi mənim qucağımda öldü.      Dəfələrlə belə hadisələr baş verib. Döyüşçü dostlarımla əməliyyatdan qayıdanda yanımıza mərmi düşüb. Bir dəfə də tankla döyüşdən gələrkən minaya düşdük, mən tankın üzərində idim. Özümü itirdim, qulağım eşitmədi, nəfəs almağım çətinləşdi, başımdan bərk ağrı tutdu..      Belə hadisələr tez-tez baş verirdi.  

 

1390481955_1600300_657197334327229_1484249356_nSizin övladlarınızın döyüş ruhu yüksəkdirmi?  

 

 Mənim övladlarımda vətənpərvərlik ruhu hədsiz dərəcədə yüksəkdir. Onlar uşaqlıqdan silahla davranmağı bacarırdılar. Övladlarım həmişə mənim yanımda olublar. Onları dəfələrlə xidmət etdiyim bölüyə aparmışam, döyüşçülərlə tanış etmişəm. Onların qanı qaynayır ki, öz ataları kimi döyüşsünlər, vətəni, torpağı qorusunlar. Mənim ən böyük arzum budur ki, öz övladlarımla birlikdə işğal olunmuş torpaqlarımızı geri qaytaraq. Olduğum döyüşlərdəki bütün cığırları, izləri əzbər bilirəm. İstəyirəm ki, bütün bildiklərimi onlara öyrədəm.  

 

Sonda nə demək istərdiniz?    

 

Mənim ən böyük arzum işğal olunmuş torpaqlarımıza geri qayıtmaqdır. Mənim övladlarım bunu məndən çox istəyir. Mən və övladlarım hər zaman döyüşə hazırıq. Mən istəyirəm ki, bizim gənclərimizdə vətənpərvərlik ruhu hər zaman yüksək olsun.    

 

 

 

  Hafiz Səfərov  

“KarabakhİNFO.com” 

23.01.2014 16:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*