Azərbaycanca

Bu il Ermənistanda yoxsulluğun səviyyəsi yüksələcək

12.01.2015 | 18:11

Bagrat Asatryan

 

 

 

 

 

 

“Ermənistanda inflyasiya 2014-cü ilin nəticələrinə görə 6-7% təşkil edəcək, lakin həmin göstərici dəyişkən olacaq”.  Bu barədə Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asaturyan söyləyib.

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki, onun özlərinə görə, inflyasiya əhalinin hər bir sosial qrupunda müxtəlif dərəcədə əks olunacaq. Xüsusən, əhalinin üçüncü hissəsini təşkil edən sosial cəhətdən aşağı təbəqəsi üçün inflyasiya iki dəfə çox, əhalinin 5%-ni təşkil edən imkanlılar üçün isə hətta proqnozlaşdırılan göstəricidən də az təsir edə bilər.

 

 

“İnflyasiya yoxsulluğun son həddində olan qrupa mahiyyətcə başqa formada təsir edəcək. Bu o deməkdir ki, Ermənistanda gələn il yoxsulluğun səviyyəsi yüksələcək”, – deyə B. Asaturyan yekunlaşdırıb.

 

 

Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına görə, 2014-cü ilin yanvar-noyabr aylarında 2013-cü ilin eyni dövrü ilə müqayisədə inflyasiya 2.8% təşkil edib. 2014-cü ilin noyabrında Ermənistanın istehlak bazarında inflyasiya 1.3% təşkil edib. 2013-cü ilin nəticələrinə görə, Ermənistanda yoxsulluğun səviyyəsi 32%, son dərəcə yoxsul olanlarla birlikdə 34.4% təşkil edib. Halbuki 2008-ci ildə Ermənistan böhranın təsirini o qədər də hiss etmədiyi zaman yoxsulluğun səviyyəsi son dərəcə yoxsul olanlarla birlikdə 27.5% təşkil etmişdir.

 

 

Ermənistan Mərkəzi Bankının 4-cü rübün pul-kredit siyasəti proqramına görə, inflyasiya 2014-cü ilin sonunda 3.2% təşkil edəcək. Mərkəzi Bankın sədri Artur Cavadyan əvvəllər bəyan etmişdi ki, dramın devalvasiyası(dəyərdən düşmə) 2014-cü ilin 4-cü rübü və ondan sonrakı rüblərində əlavə 1.5-2% inflyasiya yaradacaq ki, bundan sonra həmin vəziyyət il ərzində neytrallaşacaq. 2014-2015-ci illərin dövlət büdcəsinə görə, inflyasiya 4% nəzərdə tutulub.

 

 

Sabir Babayev

 

 

“KarabakhİNFO.com”

 

 

 

12.01.2015 18:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*