Azərbaycanca

Cəbhə xəttində atəşkəs rejimi 65 dəfə pozulub

08.05.2015 | 10:00

Karabax_01_albom_070612

Erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 65 dəfə pozub.

Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.

Ermənistanın Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Şuraabad, Cəvahirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Trend.az

08.05.2015 10:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*