Azərbaycanca

Cəbhə xəttində baş verənlər siyasi oyundur yoxsa…?!

09.08.2014 | 15:20

ermeni esger44Atəşkəs rejimindən üzü bəri son günlər erməni təxribatının ən pik nöqtəsinə tuş gəlmişik. Ermənistanın işğalçı ordusu təxribat törətmək bəhanəsi ilə yenidən təmas xəttində hücuma keçmək cəhdində bulunub. Bu hücumun qarşısı Azərbaycan ordusunun əsgərlrəi tərəfindən qəti şəkildə alınıb. Ermənilər çox saylı, 70 nəfərdən artıq itki ilə üzləşib. Azərbaycan tərəfindən isə düşmənin hücumu dəf edilərkən 15 nəfər şəhid olub. Lakin eyni zamanda, cəmiyyətdə bəzi qüvvələr tərəfindən ara-sıra Dağlıq Qarabağ ətrafında son günlər baş verən hadisələrin bir oyun, siyasi baxışları dəyişmək üçün bir gediş olduğu barədə də cəfəng fikirlər səslənməkdədir. Görəsən, bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?

 
fazilmustafa“KarabahkİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa belə fikirlərin mənəviyyatsızlıqdan irəli gəldiyini bildirərək, yolverilməz olduğunu söylədi: “Dağlıq Qarabağ ətrafında son günlər cərəyan edən hadisələr bilavasitə Rusiyanın bölgədə vəziyyəti gərginləşdirmək üçün düşündüyü mexanizmlərdən biridir və bu gözlənilən idi. Hər an belə olaylara hazır olmalıyıq. Müharibəyə hazırlıqla bağlı fikirlər səsləndiririksə, son olaylara da əslində bir məşq kimi baxılmalıdır. Çalışmalıyıq ki, az itki verməklə müəyyən hadisələri qabaqlayıb ciddi addımlar ataq. Məncə, bu hadisələrdən istifadə etməliyik. Erməni hər zaman hücum edə bilər, hər an ölkəmizə qarşı təxribatlar ola bilər. Sadəcə, həmin təxribatlara necə hazır olduğumuzu göstərə bilməliyik. Məsələnin kökü budur. Müharibə qurtarmayıbsa, təbii ki, düşmən sakit durmayacaq. Ona görə də hər zaman hazır olub, düşməni susdurmağı bacarmalıyıq. Baş verən olaylarla bağlı cəmiyyətdə ara-sıra gəzən dedi-qodu, əsassız söhbətlər, savaşla bağlı ruhdan salma hadisələri də yolverilməzdir. Bu bir mənəviyyatsızlıqdır. Çünki, müharibədə olan itki hamının itkisidir. Burada imkanlı, imkansız söhbəti yoxdur. Hamımız bir-birimizi anlayışla qarşılayıb, Azərbaycan dövləti və ordusuna töhfə vermək istiqamətində çalışmalıyıq. Hər bir kəsin gücü və qabiliyyəti nəyə çatırsa, ona dəstək verməyi bacarmalıdır”.

 
tahirkerimliVəhdət Partiyasının sədri Tahir Kərimli də belə fikirlərin real olmadığı, ancaq vicdan hissini itirənlərin əməli olduğunu diqqətə çatdırdı: “Düşünürəm ki, son günlər Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr fonunda, bunun oyun, siyasət, baxışları dəyişməkdən ibarət olması barədə bəzi kəslər arasında səslənən fikirlərin cəmiyyətdə yer almasında ancaq o adamlar rol oynayır ki, onlar Azərbaycan torpağını kiçildib, yerində xristian anklavını böyütmək istəyir, Qarabağ savaşını ortaya atmaqla ölkəmizdə separatizmi yaymağa çalışırlar. Onların yeganə təsir qüvvəsi də nökərləri olan ermənilər ola bilər. Məhz ermənilər nahaqdan Azərbaycan torpağını tutub və nahaqdan da onlar bir başqaları tərəfindən müdafiə olunur. Bu hərəkətlərdə Qafqazda xristian ərazisini genişləndirmək niyyəti ortalıqdadır. Azərbaycan tərəfi zərər çəkmiş ölkədir. Heç bir dünya ölkəsi, o cümlədən ola bilməz ki, Azərbaycan da öz ərazisinin itirilməsi ilə barışsın, torpaqları geri qaytarmaq istəməsin. Cəbhə bölgəsində baş verən son hadisələr haqqında bunun bir oyun olduğunu düşünənləri isə qınayıram.

 

 

Burada hansı oyundan söhbət gedə bilər? Sosial vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələri və istənilən dövlət qulluqçusu Azərbaycan torpaqlarının azad olunmasını istəyir. Fakt ondadır ki, məhz erməni separatizmini müdafiə edib, onlara dəstək verən, ölkəmizin ərazisinin işğalını təmin edən qüvvələr öz istəklərinə nail olmaq üçün ATƏT-in Minsk qrupu adı altında belə bir oyunu qurublar. Bu qrup adı altında da onlar bu münaqişəni uzadır ki, insanların yaddaşından getdikcə silinsin. Azərbaycanlıları nəinki Dağlıq Qarabağ, hətta dədə-baba torpaqları olan Ermənistandan da didərgin salıblar. Bütün bunların günahkarları onlardır. Onların da oyunçusu Ermənistandır. Bu gün hamı bilir ki, Azərbaycanda tutduğu vəzifədən asılı olmayaraq hamının ürəyi qan ağlayır. Dövlət şəhidlərinə hörmətlə yanaşır. Ona görə də düşünürəm ki, bu məsələ üzərində alver etmək ən azından günahdır, vicdan hissini itirməkdir”.
teyyubqeniBAXCP Ali Məclisinin sədri Teyyub Qəni düşünür ki, cəbhə bölgəsində kəskinləşən olaylar fonunda, onun oyun olduğu barədə səslənən fikirlər erməni təxribatıdır: “Baş verən bu və yaxud digər hadisələr barədə informasiya qıtlığı yarananda, insanlar bir çox hallarda öz təfəkküründən irəli gələn fikirlər irəli sürür. Hesab edirəm ki, baş verən hadisələrin guya nəsə siyasi baxışları dəyişməyə hesablanmış oyun olduğu barədə söylənilənlər ermənilər tərəfindən törədilən təxribatdır, burada heç bir siyasət yoxdur, onlar sadəcə olaraq, Azərbaycanı qıcıqlandırmaq, onu müharibəyə cəlb etmək və beləliklə hansısa bir divident qazanmağa çalışırlar. Hesab edirəm ki, Azərbaycanın əlinə hücum edərək torpaqların bir hissəsini azad etmək üçün əlverişli fürsət düşüb”.

 

 

Rüfət Sultan
“KarabakhİNFO.com”

 

 

09.08.2014 15:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*