Azərbaycanca

Cəbhə xəttində gərgin yaşanan daha bir gün

21.04.2015 | 10:52

soldier_120315

Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində daha bir gərgin gün yaşayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Trend.az

21.04.2015 10:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*