Azərbaycanca

Cəbhəboyu zonadakı raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb

29.11.2017 | 12:14

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.

Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

AZƏRTAC

29.11.2017 12:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*