Azərbaycanca

Cəbhədə nisbi sakitlik

03.08.2014 | 00:25

49457Tərtərin cəbhəyanı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

ANS PRESS-in cəbhəyanı kəndlərə könüllü yollanmış jurnalistlərdən aldığı məlumata görə, gecə ərzində Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini müəyyən fasilələrlə atəşə tutub.

Erməni hərbçiləri həmçinin, işğal altında olan ərazilərimizdən üzbəüz mövqedə yerləşən rayonun Qapanlı kəndini iri və yüngül atıcı silahlardan atəşə tutub. Saat 03:00 radələrində pulemyotlardan açılan atəşlər artsa da, hazırda kənddə nisbi sakitlik olduğu bildirilir.

Milli Ordumuz qarşı tərəfə adekvat cavab verməkdədir.

 

 

“KarabakhİNFO.com

03.08.2014 00:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*