Azərbaycanca

Cəbhədə son vəziyyət

05.08.2014 | 08:48

70405Azərbaycanın Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən artilleriya hissələri döyüşə hazır vəziyyətə gətirilib.

 

APA-nın Qarabağ cəbhəsinə – qoşunların təmas xəttinə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan Ordusunun cəbhədəki artilleriya divizionları tam hazır vəziyyətdə əmr gözləyir. Toplar, minaatanlar, reaktiv yaylım atəş sistemləri və özüyeriyən artilleriya sistemləri düşmənin cəbhə xəttinin birinci eşelondakı və arxadakı dayaq məntəqələrinə tuşlanmış vəziyyətdədir.

 

 

Artilleriyaçılar Ermənistan Ordusunun ön xətdəki möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələrinin, ərazidəki hərbi hissələrinin hədəfə götürüldüyünü bildiriblər.

 

 

“Artilleriya batareyalarımız öz döyüş mövqelərini tutub və hazır vəziyyətdədirlər. Bizim artilleriya sistemlərimiz Ermənistan Ordusunun cəbhənin uzaq dərinliyindəki obyektlərini məhv etmək imkanına və böyük dağıdıcı gücə malikdir”, – deyə artilleriya zabiti bildirib.

 

 

Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə Tərtər istiqamətində ermənilərin həyata keçirməyə hazırlaşdıqları genişmiqyaslı diversiya-təxribat planının qarşısı alınmasında Azərbaycan tərəfi avtomatik minaatanların və D-30 toplarının atəşindən istifadə edib. Nəticədə ermənilərin müdafiə mövqeləri və arxa cəbhədəki toplaşma məntəqəsi dağıdılıb.

 

 

 

“KarabakhİNFO.com”

05.08.2014 08:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*