Azərbaycanca

Cəmil Çiçək: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir

15.04.2015 | 16:28

cemil_cicek_031114

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəqiq və aydındır: “Türkiyə bütün beynəlxalq konfranslarda Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir”.

Parlament sədri təəssüflə bildirib ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli üçün hələ də fəallıq göstərmir: “Dağlıq Qarabağ münaqişəsini həll etmədən Cənubi Qafqazda sülhə nail olmaq qeyri-mümkündür”.

Trend.az

15.04.2015 16:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*