Azərbaycanca

Cənubi Koreyada Xocalı soyqırımı ilə bağlı məqalə çap edilib – FOTO

24.02.2015 | 11:37

VAVAVKoreya Respublikasında nəşr olunan “The Korea Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurovun “Xocalı soyqırımı qurbanları yad edilir” adlı məqaləsi çap edilib.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə “Xocalı” sözünün Koreya ictimaiyyəti üçün naməlum olması bildirilərək, Xocalının 20 ildən artıqdır Ermənistanın işğalı altındakı Azərbaycana məxsus Dağlıq Qarabağ regionu ərazisində yerləşən qəsəbə olması və 20-ci əsrin ən dəhşətli qırğınlarından birinə şahidlik etməsi göstərilib.

 

 

Məqalədə, Xocalı soyqırımı barədə məlumat verilərək, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının yerli Azərbaycan əhalisinə qarşı etnik soyqırımı törədildiyi, 613 mülki şəxsin qətlə yetirildiyi, onlardan 106-nın qadın, 83-nün isə uşaq olduğu bildirilib, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsi dövründə mülki şəxslərə qarşı törədilmiş ən qəddar cinayət olduğu göstərilib.

 

 

Səfir Ermənistanın hər nə qədər Xocalı soyqırımını onların törətməsini inkar etməsinə baxmayaraq, bu ölkənin hazırkı prezidenti S.Sarkisyanın jurnalist Tomas de Vala verdiyi müsahibəsində Xocalı qətliamının məhz Ermənistan tərəfindən törədilməsini etiraf etdiyini bildirib.

 

 

Məqalədə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünya miqyasında “Xocalıya ədalət” kampaniyasının həyata keçirildiyi, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməsi istiqamətində qətiyyətli addımların atıldığı, Azərbaycanın bu istiqamətdəki çağırışlarının bir sıra xarici ölkələr tərəfindən müsbət cavablandırıldığı və hətta bu yaxınlarda İsrail Prezidenti Reuven Rivlinin BMT Baş Assambleyasında çıxışı zamanı Xocalı soyqırımına istinad etdiyi göstərilib.

 

 

Səfir sonda 26 fevral tarixində dünyada yaşayan bütün azərbaycanlıların Xocalı soyqırımını, bu dəhşətli faciənin qurbanlarını yad etdiklərini vurğulayaraq, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş bu insanlıq cinayətinə səssiz qalmayacağına inamını ifadə edib.

24.02.2015 11:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*