Azərbaycanca

C.Uorlik: “Prezidentlərin addım atmalarının vaxtı çatıb ”

30.06.2014 | 13:45

1404121545_uorlikATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində Qarabağ danışıqlarının hazırkı vəziyyətini şərh edib.

O deyib ki, danışıqlar sahəsində görüləsi çox iş var: “Sülh razılığı ilə nəticələnəcək prosesə daxil olmaq istəyirik. Yeni mərhələdən söhbət gedir. Mühümdür ki, prezidentlər görüşüblər. Ümid edirəm ki, onlar tezliklə yenidən görüşəcəklər. Xarici işlər nazirlərinin həmsədrlərlə mütəmadi görüşməsini müsbət qiymətləndiririk. Biz daha intensiv mərhələyə keçməliyik ki, məzmunlu tərəqqi əldə edə bilək. Mənim gəldiyim qənaət budur ki, Ermənistan və Azərbaycan prezidentləri irəliyə doğru yol tapmağa can atırlar. Biz bunu onların ötən ilin  noyabr ayında baş tutan görüşündə gördük. Biz bundan yararlanmalıyıq. 20 ildir ki, müzakirələr gedir. Regiona sülh gətirmək üçün prezidentlərin bir araya gəlmələri və addım atmalarının vaxtı çatıb”.

 

Azərbaycan və Ermənistan xalqlarının sülhə münasibətindən söz açarkən amerikalı həmsədr bildirib: “Zənnimcə, insanlar 20 illik müharibə durumundan yorulublar. Onlar bilirlər ki, bu qarşıdurmaya böyük həcmdə maliyyə və insan resursları xərclənir. Bu müharibə regiona baha başa gəlib – Ermənistana, Azərbaycana baha başa gəlib. İnanıram ki, insanlar yeni firavanlıq erasına hazırdırlar. İndi məsələ detallardadır. Xalqlar bilməlidir ki, bu, asan deyil. Qarşıda çətin proses var. Amma inanıram ki, biz hökumətlərlə birgə işləyərək xalqlara mesaj göndərə bilərik ki, davamlı sülhə doğru irəliləməyin vaxtı indidir”. Atəşkəsin mütəmadi pozulması barədə sualı cavablandıran Ceyms Uorlik bundan çox narahat olduqlarını vurğulayıb: “Zorakılıqların atması sülhə doğru çalışmaq üçün məhsuldar atmosfer yaratmır. Biz gərginliklərin azalmasını görmək istəyirik. Amma burada risk var. Bilərəkdən, yaxud təsadüfən başlanan zorakılıqlar nəzarətdən çıxa bilər. Biz bunu istəmirik”.

 

“KarabakhİNFO.com”

 

30.06.2014 13:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*