Azərbaycanca

MÜƏLLİFLƏR

Erməni irqçi ideologiyasının təməl prinsipləri…

15.10.2012 | 16:32

1361012225_qafarQafar Çaxmaqlı

 

 

Erməni irqçi ideologiyasının təməl prinsipləri…

 

Hər bir cəmiyyətin öz milli kimliyinə söykənən bir ideologiyasının meydana gəlməsi, formalaşması üçün müəyyən mərhələlərdən keçməsi lazımdır. Ümumiyyətlə ideologiyanı siyasi və sosial bir təlim kimi meydana gətirən və siyasi və ictimai hərəkat olaraq istiqamətləndirən düşüncə, inanc və görüşlər sistemi sağlam olmalıdır, əks təqdirdə o bir cəmiyyətə, bir dövrə ya da ictimai bir sinifə xas inanclar sistemi olaraq meydana çıxarkən özü ilə temel sorunlar, problemlər yarada bilər.

Davamı

Ailə yükü (I yazı – Yaşadıqlarım)

07.10.2012 | 18:18

1356507265_ceyhunHər dəfə KİV –dən və ya efir məkanından Qarabağ haqqında mövzu izləyəndə, gözlərimin önünə bir anlıq o qanlı – qadalı müharibə illəri gəlir. Bu acı dolu xatirələr yaddaşımda yenidən canlanır və məni təkrarən uşaqlığımın “müharibə” kimi yaddaşında qalan illərinə aparır. Yenidən tarixin səhifələrini vərəqləyirəm, dönüb uşaq oluram. O halları həyəcanla bir daha yaşayıram. Özümə baxıram, nə qədər böyüdüyümün fərqinə varıram.

Davamı

Nuh erməni dilində danışıbmı?

09.08.2012 | 11:40

1337339300_-lyas-babayevİlyas Babayev

 

2011-ci ildə “Priroda i svet” jurnalının avqust sayında yazıçı-jurnalist Vera Beqiçevanın “Ararat” başlığı altında məqaləsi nəşr olunmuşdur. İlk baxışda qədim tarix və arxeologiya ilə maraqlanan qeyri-mütəxəssislər üçün nəzərdə tutulan belə məqalənin yazılmasında heç bir qəbahət yoxdur. Adətən belə məqalələri müəllif daha sadə, qeyri-mütəxəssislərin də asan başa düşdüyü dildə yazır.

Davamı

Tətil təəssüratı

01.08.2012 | 16:37

1352300087_sohrabSöhrab İsmayılov

 

 

Tətil  təəssüratı

 

 Universitetdə oxuduğum illərdə II kursun  yay  tətilində (2010-cu ildə) istehsalat təcrübəsi keçmək üçün müxtəlif təşkilatlara göndərilən  tələbə həmkarlarım kimi mən də eyni məqsədlə Bakı  Biznes Tədris Mərkəzinə göndərildim. İstehsalat  təcrübəsi vaxtından 2 həftə gec başladığı üçün  təcrübə müddəti avqustun əvvəlinədək uzandı. Bu vaxtdan daha səmərəli istifadə etmək məqsədilə paytaxtla daha yaxından tanış  olmaq  istədim.

Davamı