Azərbaycanca

MÜƏLLİFLƏR

100 ilin yalanı və yaxud rəngli kitabların savaşı kimə xidmət edirdi?

12.03.2015 | 14:26

11037327_1083637044985270_7739761892734459734_n

Məlum olduğu kimi, XX əsrin 20-30-cu illəri Avropa tarixşünaslığına “rəngli kitabların savaşı” kimi düşmüşdür. Eyni zamanda bu dövrdə Qərb dövlətləri tərəfindən “erməni soyqırımı”na ədalət” adı altında aparılan çirkin kompaniya çərçivəsində yazılmış kitablar, çəkilmiş sənədli və bəddi filmlər, çızılmış xəritələr sürətlə yayılmaqda idi. Əsassız erməni yalanları və uydurmaları ilə zəngin olan nəfis tərtibatlı bu kitabların səhifələrini “bəzəyən faktlar” sürətlə Avropa ictimaiyyətində rezonans doğurmağa başladı. İlk olaraq erməni yalanlarına baş vuran və xəyanətkar etnosun qərbdə ən böyük himayədarı olan ingilis imperializmi, başda ermənipərəst lobbist Arnold Toynbi olmaqla Türkiyəyə qarşı geniş miqyaslı psixoloji müharibəyə start verildi. 1916-cı ildə İngiltərə Xarici işlər nazirliyinin rəsmi yayınlar orqanı Lord Brisin başçılıq etdiyi “Ermənistanı Dirçəltmək Komitəsi” ilə birlikdə Türkiyədə ermənilərlə rəftar barədə yalançı şahidlərin hekayələrindən ibarət “Mavi kitab”ı nəşr etmişdir. Qeyd edək ki, “Mavi kitab”ı tanınmış alim və dövlət xadimi, Böyük Britaniyanın ABŞ-da keçmiş səfiri Ceyms Brays, dünya şöhrətli təbliğatçı və jurnalist Arnold Toynbi və yüksək rütbəli amerikan məmuru F.Masterman tərtib etmişdilər. Müəllifi olduqları “Mavi Kitab”ı yazmaqla onlar, Avropada ilk dəfə olaraq qondarma “erməni soyqırımı”nın törədildiyini “yalançı fakt”larla sübut etməyə cəhd göstərdilər. Onlar, ermənilərin əvvəlcə 600 min nəfərinin “barbar” türklər tərəfindən “qətlə yetirildiyini” qeyd edir və sonralar bu rəqəmin 1,5-2 milyon arasında dəyişdiyini bildirirdilər. Həmçinin müəlliflər əsərin hər iki-üç səhifəsindən bir türkün barbar, vəhşi, heyvanlardan da aşağıda dayanan bir etnos olduğunu vurğulayır və Avropa ictimaiyyətini buna inandırmağa çalışırdılar. Tarixçi Sani Hacıyev Toynbinin sonralar “Mavi kitabı”n hərbi təbliğat məhsulu olduğunu etiraf etdiyini qeyd edir. Göründüyü kimi, kitabın əsas müəllifləri ilə yanaşı bəhs olunan dövr qərbin tanınmış siyasətçiləri və diplomatları olan Edvard Qrey, lord Robert Sesil, Sprinq-Rays, senator Eli Rut və digərləri kitabın nəşrində və erməniləri müdafiə kompaniyasında heç də müəlliflərdən az canfəşanlıq göstərmirdilər. Əslində bu məşhur şəxslərə ermənilər də, ermənilərin soyqırıma uğradılması barədə saxta məlumatlar lazım deyildi. Tanınmış Qərb tarixçisi Eriq Fayqlın təbirincə desək, onların başlıca məqsədi beynəlxalq ictimaiyyətin diqqətini mövcud olmayan erməni “soyqırımı”na yönəltməklə, ingilis hakim dairələrinin İrlandiyada törətdikləri kütləvi qırğınlardan yayındırmaq və ən başlıcası ABŞ-ın müharibəyə girməsini sürətləndirmək idi. Müharibədən sonra qərb dünyasının Bolduin, Askvit, Makdonald, Bakston kimi məşhur siyasətçiləri dəfələrlə etiraf etmişdilər ki, “Mavi kitab” ABŞ-ın müharibəyə girməsini sürətləndirdi və bu işə ciddi təkan verdi. Müəlliflər isə külli miqdarda pul qazandılar, varlandılar və bütün dünyada tanındılar.

Minilliklər boyu özünü mədəniyyətin daşıyıcısı və hamisi kimi tanıtmış türk kimliyi artıq bəhs olunan dövrdən başlayaraq Avropada, eləcə də dünyada çirkin üsullarla alçaldılmaqda idi. “Mavi kitaba cavab” adlı əsərin müəllifi Türkkaya Ataöv həmin kitaba istinad edərək yazır: “Xristian bir toplum üçün müsəlman boyunduruğuna bağlı idarəçiliyin təsiri altında qalmaq olduqca təhlükəlidir. Türk irəliləməyə niyə bu qədər can atır? Irəliləməyə dönük ermənilərin bu qədər təqib olunması, cəzalandırılması bizlərdə iyrəncliklə qarşılanır. Qeyd edək ki, fikirlərində daha çox qərəzə, böhtana yer verən müəlliflər erməniləri dünyanın ən qədim, ən ali irqin nümayəndələri hesab etdikləri halda türk və kürdlərin heyvanlardan da aşağı səviyyəli bir xalq olduğunu yazırlar: “Ermənilər ən qədim xalq, ən sülhsevər, ən ali irqlərdən birinin təmsilçiləridir. Şərqi Avropanın əzəmətli şəhəri Konstantinopola gələn ermənilər 1453-cu ildən bu yana acılar içərisindədirlər. Türk qəfəsə salınası vəhşi bir heyvandır. Bir türkün və ya kürdün haqqında hər hansı bir məsələni aydınlaşdırmaq istəyiriksə o zaman köpəklər, çaqqallar, qabanlar və buna bənzər heyvanların adlarını çəkmək məcburiyyətində qalarsam qabaqcadan həmin heyvanlardan üzr istəyirəm”.

Qeyd etmək lazımdır ki, bəhs olunan dövrdə rəngli kitabların savaşı özünün kuliminasiya nöqtəsinə çatmışdı. Sovet-türk-daşnaq hökumətləri bir-birilərini ittiham etmək üçün bu üsuldan daha geniş şəkildə istifadə edirdilər. Belə ki, sovetlərin “Qızıl Kitab”ı daşnaqların 1919-cu ildə Rastovda rus dilində nəşr etdirdikləri “Qırmızı Kitab”a cavab olaraq yazılmışdır. Daşnaqların hazırladıqları “Qırmızı Kitab” isə  İttihad və Tərəqqi hökumətinin hazırladığı “Bəyaz Kitab”a ( “Erməni Komitelerinin Amal ve Harakati-i İhtilaliyesi” kitabı nəzərdə tutulur. T.C) cavab olaraq yazılmışdır. Qeyd edək ki, Paris sülh konfransına hazırlıq ərəfəsində erməni Qriqor Çalquşyan tərəfindən yazılan və daşnaqlar tərəfindən yüksək səviyyədə qiymətləndirilən “Qırmızı Kitab” Avropa ictimaiyyəti üçün ingilis və fransız dillərində də nəşr edildi. Kitabda bir daha türklərin, azərbaycanlıların, gürcülərin barbar xalq olduğu vurğulanır və Avropa mədəniyyətinin davamı olaraq bölgədə yeganə sivil toplum kimi ermənilər təbliğ edilirdi. Burada türklərlə yanaşı gürcü xalqının da təhqir edilməsinə cavab olaraq gürcü menşevik hökuməti 1920-ci ildə “Qırmızı Kitab”ı nəşr etdirdi. Gürcü Menşevik hökumətində Kənd təsərrüfatı naziri postunu tutan P.P.Qeloyşvilinin imzasıyla işıq üzü görmüş kitabda erməni vəhşilikləri pislənmiş, daşnaqların bölgə xalqlarına qarşı, xüsusilə etnik gürcülərə qarşı cinayətkar əməlləri çılpaqlığı ilə ifşa edilmişdi.

Sumqayıt hadisəsinə dair Adam Şiffi təxribatı

10.03.2015 | 09:34

magerram_zulfugarly

Sumqayıt  hadisəsindən 27 ildən artıq vaxt keçməsinə, hadisə haqqında bir sıra obyektiv məqalə kitablar yazılmasına baxmayaraq   yenə də bəzi xarici üzdəniraq qüvvələr bu hadisədən Azərbaycan əleyhinə istifadə etməyə cəhd edirlər. Bir neçə gün bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şiffi növbəti belə bir təxribat xarakterli açıqlama verməsi acı təəssüf doğurur.

Davamı

Gənclərin vətənpərvər ruhda yetişməsi vacibdir

07.03.2015 | 09:59

544112_10200720163184403_2080815940_n

Azərbaycan tarix boyu  bir çox xarici qüvvələrin, yağı düşmənlərin gözündə yağlı tikə olmuşdur. Buna görə də ölkəmiz vaxtaşırı yadellilərin hücumlarına, işğallarına məruz qalıb. Tarixin müxtəlif dönəmlərində igid oğullarımız düşmənlərimizin bizim yeraltı sərvətlərimizi mənimsəmək məqsədilə müxtəlif qırğınlar törətməsinin, Azərbaycanı ələ keçirməyə cəhd etməsinin qarşısını məharətlə almışlar.

23 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 %-i – Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistanın işğalı altındadır. Uzun illərdir ölkə rəhbərliyi bu problemi sülh yolu ilə həll etməyə çalışır, lakin istənilən halda hərb yolu ilə olsa da torpaqlarımızın azad ediləcəyi bəyan edilir.

Ümummilli lider Heydər Əliyev gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.

Müharibə şəraitində yaşayan bir ölkədə gənclərin milli vətənpərvəlik ruhunun yüksəldilməsi ön sıralarda duran vəzifələrdən biri olmalıdır, çünki ən son məqamda məhz gənclər torpaqlarımızı yağı düşmən tapdağından azad edəcəklər. Bu səbəbdən ölkədə aparılan gənclər siyasətinin önəmli bir hissəsini gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqaməti təşkil edir. İcra edilən bir çox dövlət proqramlarında bu istiqamət mühüm yer tutur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ayrıca bir bölmə gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinə həsr olunmuşdur. Proqramda bu istiqamətdə bir çox fəaliyyət növləri nəzərdə tutulmuşdur.  Cari ildə təsdiq edilmiş 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasında qeyd olunur:  “Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir”.  Strategiya gözləntilərindən biri də məhz gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir.

Sadalanan bu işlər həqiqətən də təqdirəlayiqdir, amma hesab edirəm ki, bu sahədə aparılan iş daha da gücləndirilməlidir. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları da artır. Bir çox dünya dövlətlərində dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə, milli bayramlara hörmət hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılır. Məsələn, ABŞ-da ailələrin yarısı öz evlərini bayraqla bəzədir, sürücülərin 15-20% qədəri maşınlarında bayraq gəzdirir. Hər on amerikalıdan doqquzu ABŞ himni çalınanda qürur hissi keçirir və onu sonacan fəxrlə ifa edirlər. Vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Dünyanın ən sürətlə inkişaf edən, ailəyə və mənəvi dəyərlərə böyük önəm verilən Çin Xalq Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əsas məqsəd kimi milli dəyərlərin qorunması və bunun  köməyi ilə sürətli inkişafa nail olunması irəli sürülür. Eyni zamanda çinli gənclərə Qərb demokratiyasının Çinin milli dəyərlərinə zidd olması da aşılanır.
Təəssüf ki, hazırda ölkəmizdə milli və mənəvi dəyərlərin təbliği lazımi istiqamətdə aparılmır. Bunun nəticəsində gənclərimiz arzuolunmayan sahələrə meyl edir, o cümlədən qeyri ənənəvi dini qruplaşmalara qoşulurlar. Bir çox gənclər Suriyada, İraqda fəaliyyət göstərən terror qruplaşmalarına qoşulurlar. Bir çox hallarda Azərbaycan Respublikasına qarşı heç də xoş münasibətdə olmayan qüvvələr tərəfindən dəstəklənən həmin qrupların öz sıralarına kifayət qədər gənci cəlb edə bilməsi, əslində heç də güclü ənənəvi qüvvəyə və təsirə malik olmalarında deyil, cəmiyyətimizdə İslamın mahiyyətinin düzgün dərk edilməməsində və bu sahədə məqsədyönlü siyasətin zəif aparılmasındadır.

Hesab edirəm ki, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün ayrıca dövlət proqramının qəbul edilməsi məqsədəuyğun olardı. Bu proqramda bütün mühüm istiqamətlər yer almalıdır. Hərbi vətənpərvərlik, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, təhsildə vətənpərvərliyin gücləndirilməsi, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, gənclərdə vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi və sair bu kimi istiqamətlərin yer alacağı proqramın özəyini isə Qarabağın unudulmaması təşkil etməlidir. Ölkəmizdə gənclərin Qarabağı unutmaması, vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün onların Qarabağa, cəbhə xəttinə, səngərlərə mütəmadi səfərləri təşkil edilməlidir. Müharibə vəziyyətini, torpaqların yağı düşmənin tapdağı altında olduğunu əyani şəkildə öz gözləri ilə görmək, səngərdən düşməni müşahidə etmək bu gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayacaqdır.

 

AŞPA Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul etdi

06.03.2015 | 08:08

zdv

Mən AŞPA yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim etmişdim və bu barədə ictimaiyyətə məlumat vermişdim.

Katibliyə təqdim etdiyim “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair“ adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üzv olan 47 ölkədən 24  ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanmışdır. Qeyd etməliyəm ki, AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Göründüyü kimi, qətnamə layihəsi hazırlanarkən tam olaraq qurumun prosedur qaydalarına əməl edilib və həmin qaydalara uyğun olaraq qətnamə layihəsi AŞPA-nın gündəliyinə daxil edilmişdi.

AŞPA-nın Sədarət Komitəsinin 5 mart tarixli iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb. İclasda həmin sənədin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Növbəti addım kimi sənəd Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul edilməlidir.

Onu da diqqətə çatdırmaq istərdim ki, son 2 il ərzində mən AŞPA-ya üç qətnamə layihəsi təqdim etmişəm. Bu sənədlərin hər üçü Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və ərazilərimizin işğal edilməsi və işğalın 23 ildən artıq müddət ərzində davam etməsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır.

Birinci sənəd 23 ildən artıq müddət ərzində işğal altında qalmış Sərsəng su anbarının Azərbaycanın 6 cəbhəyanı rayonlarında törədəcəyi humanitar və ekoloji fəlakət vəziyyətinin təhdidləri ilə bağlıdır. Bu təklif üzrə Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan AŞPA üzvü Meliça Markoviç məruzəçi təyin edilib. Məruzəçi artıq bu ilin yanvar ayında ölkəmizə ilkin səfər edib, Azərbaycanın Sərsəng su anbarında yaranmış təhlükəli vəziyyətlə bağlı əziyyət çəkən cəbhəyanı rayonlarında görüşlər keçirib.

AŞPA-ya təqdim etdiyim ikinci sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair” qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində Böyük Britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Biz bu sənəd vasitəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır və o, 11-15 mart tarixlərdə mandatı çərçivəsində ölkəmizə səfər edəcək.

Vurğulamalıyam ki, hər iki qətnamə layihəsini irəli sürdükdən sonra biz AŞPA-da anti-Azərbaycan qüvvələrin böyük müqaviməti ilə üzləşdik. Bu qətnamə layihələrinin qarşısının alınması və gündəlikdən çıxarılması istiqamətində AŞPA rəhbərliyi və Katibliyinin birbaşa iştirakı ilə bütün anti-Azərbaycan qüvvələr, erməni lobbiləri səfərbər olundular. Biz onların müqavimətini dəf edə bildik və birinci mərhələni uğurla başa vurduq. İnanmaq istərdik ki, məruzəçilər öz məruzələrini hazırlayarkən obyektivlik və prinsipiallıq nümayiş etdirəcəklər.

Nəhayət, 2015-ci il AŞPA-nın yanvar sessiyası zamanı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini təqdim etdim. Bu, son iki il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində yaranmış vəziyyətə dair AŞPA-ya təqdim etdiyim 3-cü qətnamə layihəsidir. Hesab edirəm ki, Sədarət Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞPA-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır.