Azərbaycanca

MƏDƏNİYYƏT

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş tədbir keçirdi

17.04.2015 | 14:49

unnamed

1983-cü ilin 18 aprelində YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qəbul edilmiş qərarına əsasən hər il aprel ayının 18-i “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu məqsədlə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və KarabakhINFO.com Beynəlxalq Elektron Jurnalının informasiya dəstəyi ilə 17 aprel 2015-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərin, tarixçilərin və Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rusiya, Yunanıstan, Malaziya, Meksika, Moldova, İordaniya, Səudiyyə Ərəbistanından olan səfirliklərin nümayəndələri iştirak ediblər.

Tədbiri AVCİYA-nın I vitse – prezidenti Vəli Əlibəyov öz çıxışı ilə açıq elan edərək, bu günün əhəmiyyətini qeyd etdikdən sonra sözü məruzəçilərə vermişdir. . Məruzəçi qismində isə Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli, AVCİYA-nın eksperti, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı, hüquqşünas Şahin Camalov çıxış ediblər. Çıxış zamanı məruzəçilər 3 min ildən artıq dövlətçilik tarixi olan Azərbaycan ərazisindəki tarixi abidələrdən bəhs edərək, strateji ərazidə yerləşən, təbii sərvətlərlə zəngin olan Azərbaycanın daim yadelli işğalçıların hücumlarına məruz qalmasını , bu ərazidə baş verən müharibələr və təbii fəlakətlər nəticəsində tarixi abidələrin böyük bir qisminin məhv olmasını da tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbir zamanı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil etdiyi Dəyirmi Masa iştirakçıları adından Beynəlxalq təşkilatlara Azərbaycanda yerləşən, işğala məruz qalan ərazilərimizdəki tarixi abidələrin qorunması ilə bağlı MÜRACİƏT ünvanlanlanıb.

Onu da qeyd edək ki, Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası 2004-cü ildən başlayaraq digər məsələlərlə yanaşı, tarixi abidələrin tədqiq və mühafizəsinin təşkilinə də öz layiqli töhvəsini verir. Assosiasiyanın ekspert qrupu 2012-2013-cü illərdə “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarındaki tarixi və mədəni abidələrin monitorinqini və tədqiqini həyata keçirib. Bu çoxcəhətli fəaliyyət nəticəsində toplanmış materiallar əsasında Azərbaycan, ingilis və fransız dillərində “Sərsəng sos: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” adlı kitab nəşr edilib.

 

AVCİYA Mətbuat xidməti

13 yaşlı 20 yanvar şəhidi – @ FOTO

20.01.2015 | 10:38

asdasd

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,

 

Kuklan sənə laylay çalar.

Sən özün də kukla idin.

Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…