Azərbaycanca

XƏBƏR

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub – BƏYANAT

21.01.2017 | 15:12

bfdcca7a447631d6b43e32fa864053ab7ee29e41

Moldova Ombudsmanı Aureliya Qriqoriu Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

 

APA-nın məlumatına görə, A. Qriqoriunun bununla bağlı yaydığı bəyanatda deyilir:
“Mən Aureliya Qriqoriu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstəyimi təsdiqləyərək, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair qətnamələrinin icrasının vacibliyini vurğulayaraq, münaqişənin həllinə dair ATƏT-in Minsk Qrupunun səylərinin vacibliyini və bu səylərə dəstəyimi ifadə edərək, erməni və Azərbaycan xalqlarının keçmişdə birgə yaşayış ənənəsinə əsaslanaraq, hər iki ölkədə yeni nəsildə bir-birinə münasibətdə yalnız müharibə ruhunun formalaşdığını təəssüflə qeyd edərək, uzadılmış münaqişələrin həlli və millətlərin sülh şəraitində birgə yaşayışı ideyasını dəstəkləyərək, bu təşəbbüsü dəstəklədiyimi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülhpərvər qətnamələrin icrasına yönəlmiş “Ermənistan-Azərbaycan Sülh naminə Platforma”ya qoşulduğumu bəyan edirəm”.

 

Apa.az

NATO ATƏT-in azərbaycanlı hərbçinin meyitinin qaytarılması tələbi ilə bağlı bəyanatını dəstəkləyir

19.01.2017 | 14:14

NATO_Hq

NATO Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam edir.

Bunu Trend-ə müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.

Müsahibin sözlərinə görə, münaqişələrin dinc yolla həlli NATO-nun başlıca dəyəridir.

O qeyd edib ki, bu həm də “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçılarının əsas məqsədlərindən biridir.

Nümayəndə deyib ki, NATO ATƏT-in azərbaycanlı hərbçinin meyitinin Ermənistan tərəfindən qaytarılması tələbi ilə bağlı bir neçə gün əvvəl verdiyi bəyanatını dəstəkləyir.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

 

Trend.az

ISESCO Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb

18.01.2017 | 10:34

689

Elm, Təhsil və Mədəniyyət Məsələləri üzə İslam Təşkilatı (ISESCO) işğal olunmuş Dağlıq Qarabağ ərazisinin müxtəlif zonalarında atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən pozulmasını və Azərbaycanla gərginliyin artmasını pisləyib. APA-nın məlumatına görə, bu barədə ISESCO-nun bəyanatında deyilir.

 

Bəyanatda bildirilib ki, təşkilat Ermənistan Silahlı Qüvvələrinin bu hərəkətini beynəlxalq hüququn kobud şəkildə pozulması və üzv dövlətə qarşı təcavüz kimi qiymətləndirir.

 

Trend.az

Lavrov: “Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur”

17.01.2017 | 15:31

sergey-lavrov-3

“Bu, artıq hansısa mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.

 

APA-nın Moskva bürosunun məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında “Azərbaycan ermənilərin işğal etdiyi ərazilərdə antiterror əməliyyatına, Qarabağ ərazisini işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizləməyə başlasa, Rusiyanın buna münasibəti necə olacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına cavabında deyib.

 

O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.

 

Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: “Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.

 

Apa.az