Azərbaycanca

XƏBƏR

Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları

08.05.2019 | 14:20

Şamaxının millət vəkili Elxan Süleymanov mayın 7-də Şamaxıda Böyük Vətən müharibəsi veteranları ilə görüşüb.

Görüşdə rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov, II Dünya müharibəsi iştirakçılarından Mirağa Əhlimanov, Dədəxan Niftalıyev, Cümşüd İbrahimov, Əlfalı Əsədov iştirak ediblər. Millət vəkili faşizm üzərində qələbə qazanılmasında müstəsna xidmətləri olmuş insanları təbrik edib.

Bu, son illər ərzində şamaxılı Böyük Vətən müharibəsi veteranları ilə Elxan Süleymanovun 9-cu görüşü olub. E.Süleymanov Şamaxının millət vəkili olduğu illərdə hər il veteranlarla görüşüb, onları təbrik və ziyarət edib. 

Bu ilki ziyarət zamanı kövrək bir mənzərə də diqqəti cəlb edir. Millət vəkilinin 2011-ci ildəki ilk görüşündən yadigar qalan foto ilə 2019-cu il mayın 7-də çəkilən fotonu müqayisə etdikdə, şərhə ehtiyac qalmır, bu fotolar sanki özü danışır…

59806485_495649687639810_9147844302515208192_n.jpg (29 KB)

Veteranlarla 2011-ci ildəki görüş

60009197_437830290359859_4237574202074333184_n.jpg (220 KB)

Veteranlarla 2019-cu ildəki görüş

Qeyd edək ki, Böyük Vətən müharibəsi illərində şamaxılılar cəbhəyə 12 549 nəfər əsgər yola salıblar. Müharibəyə gedən şamaxılılardan 1286 nəfəri qəhrəmancasına həlak olub, 4997 nəfər isə itkin düşüb. Hazırda Şamaxıda Böyük Vətən müharibəsinın 4 veteranı yaşayır.

59728461_2270356736543383_1408804927274221568_n.jpg (203 KB)

Musavat.com

PRESS-RELİZ

08.05.2019 | 11:56

                                            

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına, hüquq və azadlıqlarının təmin edilməsinə ictimai dəstək” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaqdır. Üç ay davam edəcək layihə çərçivəsində  müəyyən olunmuş bir sıra cəzaçəkmə müəssisələrində (hər cəzaçəkmə müəssisəsində 20 məhkum olmaqla) cəza müddətinin bitməsinə az qalmış məhkumlarla maarifləndirici tədbirlər keçirilməsi habelə yüzə yaxın keçmiş məhkuma hüquqi və psixoloji yardımların göstərilməsi nəzərdə tutulur.  Xüsusilə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu günə qədər yüzlərlə keçmiş məhkuma hüquqi və psixoloji yardımlar göstərilmiş, onların cəmiyyətə adaptasiyası istiqamətində mühüm addımlar atılmışdır.

Mətbuat Xidməti

PRESS-RELİZ

08.05.2019 | 11:54

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə” Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat işlərinin aparılması“layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının məktəblilər arasında maarifləndirmə yolu ilə qarşısının alınmasından, dövlətin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində təhsil proqramlarına ictimai dəstək vermək, habelə bu sahədə hüquqi savadlılığın artırılmasına və dövlət və vətəndaş cəmiyyətinin bu sahədə səylərini birləşdirməyə nail olmaqdan ibarətdir.  

Layihə çərçivəsində Masallı, Cəlilabad, Biləsuvar rayonlarında, Sumqayıt, Lənkəran, Şirvan və Bakı şəhərlərində hər məktəbdə 30 şagirdin iştirakı ilə ümumilikdə 300 şagirdi əhatə edəcək maarifləndirici tədbirlərin keçirilməsi və minlərlə şagirdi maarifləndirəcək xüsusi posterlərin məktəblilər arasında paylanması nəzərdə tutulur.

Mətbuat Xidməti

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

30.04.2019 | 15:33

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış etdilər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.