Azərbaycanca

XƏBƏR

Pakistanın ordu generalı: “Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək davam edəcək”

16.11.2017 | 10:53

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

Səfirlikdən “Report”a verilən məlumata görə, görüşdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb, ordu generalı Zubair Mahmud Hayatın Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib.

Davamı

Arbak Xaçatryan: «Ermənistanda soyqırım və Qarabağ problemi insanları kölə vəziyyətində saxlamaq üçün istifadə olunur»

15.11.2017 | 18:06

“Erməni xalqı acından günorta durur”
Son günlər Ermənistanda yaşananlar, deyəsən, artıq nəzarətdən çıxmağa doğru gedir. Səbəb isə çox sadədir, ölkədəki sosial vəziyyət artıq dözülməz hala gəlib. İrəvanda davam edən tələbə etirazları isə mövcud hakimiyyətin sonunu gətirə bilər. Təbii ki, son günlər Ermənistanın bugünkü vəziyyətinə reallıqla yanaşanlar, hakimiyyətin yeritdiyi siyasətə qarşı etiraz edənlərin sayı çoxalmaqdadır. Ermənistanın «1in.am» saytına müsahibə verən moskvalı ekspert Arbak Xaçatryan da bu qəbildəndir. O, Ermənistanda Qarabağ erməniləri ilə yerli ermənilər arasında olan ziddiyyətlərin kəskinləşməsini etitaf etməyə məcbur olur:”Qarabağ ermənilərinin hər şeyi var, bizimsə heç nəyimiz yoxdur”.
“Taşir” şirkətlər qrupu ilə Ermənistanın İnvestorlar Klubunun ölkənin energetika sektoruna ayırdığı sərmayə ilə bağlı sualı cavablandıran rusiyalı erməni ekspert deyir: «Təbii ki, onlar enerji sahəsində sərmayəni “problemsiz” və sərfəli vasitələrlə yatırırlar. Lakin mən bu gün Ermənistanda baş verən haqsızlıqlar, işsizliyin yaratdığı qorxunc vəziyyət səbəbindən ölkənin hər hansı bir enerji sektoruna qoyulan sərmayənin yerli vətəndaşların marağına səbəb ola biləcəyinə inanmıram
Mənim fikrimcə, bu gün hakimiyyətin əsas məqsədi öz hakimiyyətini qoruyub saxlamaq üçün xalqın gözünə hər hansı bir aldadıcı vasitələrlə kül üfürməyə hesablanıb. Bu gün Ermənistanda heç bir iqtisadiyyatdan və ya olmayan bu iqtisadiyyata sərmayə qoymaqdan danışıla bilməz».
Sayt əməkdaşının «Bir milyard dollarla qarşıdakı 2018-ci ildə ölkənin hansı problemlərini həll etmək olar»- sualını cavablandıran Arbak Xaçatryan «Bu gün Ermənistanda hər bir addımın atılması, hakimiyyətin qorunmasına hesablanıb»-cavabını verib: « O, (Sərkisyan nəzərdə tutulur) prezidentliyinin başlanğıcından etibarən, yalnız özünə «uğur» gətirə biləcək siyasət yürüdür. Mənim fikrimcə, xalqın miskin güzaranı- aclığı, ölkədən getməsi, xaricdə iş axtarması onun üçün o qədər də önəm kəsb etmir. Ona görə də mən bir milyardlıq sərmayənin insanlara sərf ediləcəyinə inanmıram. Daha bir önəm kəsb edən məsələ isə budur ki, əgər indiki prezident baş nazir olmaq həvəsinə düşübsə, deməli, erməni xalqının əsas müsibəti hələ qabaqdadır».
«Cələcəkdə hakimiyyətdaxili vəziyyətin bir-birinə qarşı çıxacaqları nöqtəsinə çatacağı ehtimal olunurmu»-sualını cavablandıran erməni ekspert, verilən sualda bir çox sirlərin olduğunu və söhbətin təkcə bununla yekunlaşmadığını bildirir: «Gələcəkdə veriləcək hər bir qərarda xeyli geosiyasi faktorlar var. Məsələn, ölkənin hazırkı baş naziri Karen Karepetyan , sadəcə bir menecerdir və menescer olaraq da qalacaq. Lakin 27 oktyabr, 1 mart tarixində törədilmiş və aşkar edilmiş cinayətləri öz boynuna görürəcəkmi?

«Əgər Türkiyə və Rusiya münasibətləri daha da möhkəmləndirirsə, Qarabağ problemi ilə bağlı nələrin baş verəcəi barədə heç bir şey söyləyə bilmərəm. Ermənistanın burnunun ucundan keçən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra ölkənin hansı mövqedə olduğu və gələcəkdə bu ölkəni hansı risklərin gözlədiyi müzakirə olunubmu? Şəxsən mən buna inanmıram, Çünki bu gün Ermənistan prezidenti həmkarlarının, alver mərkəzi başçılarının əhatəsindədir». 

Axı, etiraf edilməlidir ki, bu gün də açıqlanmayan bir çox cinayətlər hazırkı sistemin güclənməsinə hesablanmış cinayətlərdir. Bu gün Ermənistanda izah edilə bilməyən iyrənc şahmat oyunu gedir. İnsanlar psixoloji olaraq kölə olmağa uyğunlaşdırılırlar. Amma təkrar edirəm ki, regionda, hətta Qarabağ məsələsinə də təsir edə biləcək bir çox geosiyasi faktorlar dəyişə bilər. Bu, əlbəttə ki, daxili həyata da təsir edəcək. Sual olunur, necə olur ki, Qarabağdan gələndə cibində bir qara qəpiyi olmayan Sərkisyan qısa bir müddətdə Rusiyada səhmlər alır, biznesə milyonlarla sərmayə qoyur. Elə bir ölkənin prezidenti ki, xalqı acından günorta durur. Sizi bilmirəm, mən onların heç birində müqəddəs bir şey görmürəm. Bu gün soyqırım və Qarabağ problemi insanları qul vəziyyətində saxlamaq üçün istifadə olunur.
Bu gün pul hamıya lazımdır. Nümunə üçün hər hansı bir peşə sahibindən əsas məqsədi barədə soruşsan, təbii ki, məqsəd kimi pul qazanmağı önə çəkəcək. Lakin müəyyən vaxtdan, pul həmin şəxslərə hakim olandan sonra artıq bu pullar da cinayətkar pullara çevrilirlər. Bununla da, bu faktor insanın psixologiyasını da dəyişir».
Arbak Xaçatryan qarşıdakı ildə veriləcək qərarların hər hansı bir hakimiyyət orqanlarından asılı olmayacağını etiraf edir: «Əgər Türkiyə və Rusiya münasibətləri daha da möhkəmləndirirsə, Qarabağ problemi ilə bağlı nələrin baş verəcəi barədə heç bir şey söyləyə bilmərəm. Ermənistanın burnunun ucundan keçən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra ölkənin hansı mövqedə olduğu və gələcəkdə bu ölkəni hansı risklərin gözlədiyi müzakirə olunubmu? Şəxsən mən buna inanmıram, Çünki bu gün Ermənistan prezidenti həmkarlarının, alver mərkəzi başçılarının əhatəsindədir».

Palitranews.az

Azərbaycan Silahlı Qüvvələrində komanda-qərargah hərb oyunları keçiriləcək

15.11.2017 | 17:31

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

KQHO-nın əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.

KQHO-nın mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanılacaq.

Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

Report.az