Azərbaycanca

XƏBƏR

“Türk birliyində Azərbaycanın önəmi böyükdür”

09.06.2014 | 06:38

1402295438_ahmet-kenan“Türk Şurası 1992-ci ildən etibarən toplanan “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantıları” nəticəsində meydana gələn ortaq siyasi iradə prinsipi üzərinə qurulub”. Bu sözləri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına Bodrumda keçirilən “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantıları”nın əhəmiyyətini şərh edən Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Ahmet Kenan Tanrıkulu deyib. “Bu çərçivədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası – TÖƏŞ) türkdilli ölkələr arasında geniş əməkdaşlığa təkan vermək məqsədilə beynəlxalq bir təşkilat kimi fəaliyyətinə 2009-cu ildə başlayıb.

FOTOFAKT

07.06.2014 | 06:13

1402122033_10345565_333252016823180_381619754469110635_nMolla Pənah Vaqifin mavzoleyinin açılış mərasimində. Şuşa, 15 yanvar 1982.

 

 

 

“KarabakhİNFO.com” 

Ter-Petrosyan: ”Putinin xətrinə Sarkisyan istənilən təhqiri həzm etməyə hazırdır”

06.06.2014 | 13:35

10417255_581410505305770_243222309_n“KarabakhİNFO.com” e-jurnalı lent.az-a istinadən xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırkı prezident Serj Sarkisyanı tənqid atəşinə tutub. İyunun 5-də Ermənistanın “İlur.am” saytında Levon Ter-Petrosyanın məqaləsi dərc olunub. Ermənistanın iyunun 15-dək Avrasiya İqtisadi Birliyinə qoşulması üçün Serj Sərkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciətini şərh edən Ter-Petrosyan məqaləsində yazıb: “Bundan sonra Sarkisyanın hakimiyyətinin legitimliyi Rusiyadan asılı olduğu üçün tələsir. Çünki Ermənistan birliyə tamhüquqlu üzv kimi yox, «alçaldılmış təbəə» kimi daxil olur.

İlham Əliyev: ”Dağlıq Qarabağ münaqişəsi regional təhlükədir”

06.06.2014 | 13:12

10396310_581398248640329_462123352_nTürkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir. Prezident Zirvə toplantısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük.