Azərbaycanca

XƏBƏR

Almaniya Bundestaqına Qarabağ problemi ilə bağlı müraciət olunub

12.06.2014 | 10:50

1402579321_bundestaqAzərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar Almaniyanın Bundestaqına müraciət edib. Şuranın mətbuat xidmətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirilib ki, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhall Almaniyanın Bundestaqına Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar müraciət göndərib.

Davamı

Erməni politoloq: “Ermənistan dalana dirənib”

11.06.2014 | 06:56

1402488791_arbak“Ermənistan beynəlxalq arenada mövqeyini tamamilə itirdiyindən heç bir prosesə təsir imkanı yoxdur”. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu fikirləri erməni mediasına Moskvada yaşayan erməni politoloq Arbak Xaçatryan bildirib. Onun sözlərinə görə, Astana baş verənlər də bunu təsdiqləyir: “Əvvəl dedilər ki, Ermənistan da Avrasiya İttifaqının təsisçilərindən biri olacaq. İndi isə Ermənistanın qarşısında şərt qoyurlar. Ermənistan elə vəziyyətə düşüb ki, dövlət aparatı, institutu olmayan bir dövləti xatırladır. Belə bir dövlətin hansısa birliyə üzv qəbul olunması axmaqlıqdır.

Davamı

Erməni ailəsi Azərbaycan prezidentinə müraciət edib

10.06.2014 | 06:27

1402399809_lyubikBir neçə gün öncə “KarabakhİNFO.com”elektron jurnalının erməni bölməsində Ermənistanın Tavoüş rayon başçısının keçmiş məsləhətçisi Lyubik Çibuxçyanın ona qarşı edilən haqqsızlıqlara görə Ermənisan prezidenti Serj Sarkisyana məktubla müraciət etdiyini və cavab almayacağı halda Azərbaycanın prezidenti İlham Əliyevə vətəndaşlıq almaq üçün müraciət edəcəyini bildirmişdik.

Davamı