Azərbaycanca

XƏBƏR

Qarabağ məsələsi İsveçrə gündəliyində

27.05.2014 | 06:47

1401170429_osce-logoİsveçrənin paytaxtı Bern şəhərinin yaxınlığında yerləşən məşhur Hünigen Qəsrində mayın 26-da Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr təşkil olunub. Görüş hal-hazırda ATƏT-ə sədrlik edən İsveçrə Xarici İşlər Nazirliyi ilə Beynəlxaq Sülh İnstitutunun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə yanaşı məsələnin həllində vasitəçilik edən əksər beynəlxalq təşkilatlar iştirak edib. Tədbirin əhəmiyyətini nəzərə alaraq ATƏT-in Minski Qrupunun bütün həmsədrləri sözügedən görüşə qatılıblar.

Davamı

“ATƏT sədri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir”

27.05.2014 | 06:44

1401097698_uorlikATƏT sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb. Amerikalı diplomat bildirib ki, ATƏT sədrinin Cənubi Qafqaza səfərindən əvvəl onunla görüşüb.

Davamı

Davudoğlu: “Qarabağ münaqişəsinin həlli üçün şərait yaranıb”

27.05.2014 | 06:35

1401196639_2b7d275634a827fcc179b9a50502cf30“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı APA-ya istinadən xəbər verir ki, “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaxşı şərait yaranıb”. Bunu Rusiya paytaxtında Sergey Lavrovla birgə keçirdiyi brifinqdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib. Ə. Davudoğlu Moskvaya Bakıdan getdiyini söyləyib: “Bugünkü danışıqlarda hörmətli Sergey Lavrovla Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə etdik. Biz, Türkiyə olaraq regionda “dondurulmuş” münaqişələrin həllinin tərəfdarıyıq.

Davamı