Azərbaycanca

XƏBƏR

Mətbuat Şurası bəyanat yayıb

03.08.2014 | 08:47

Metbuat ShurasiMətbuat Şurası: Cəbhədən xəbərlər yayan bir çox internet media resursları cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaradır

Şuradan APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı mediada çoxsaylı informasiya yer almaqdadır.

Davamı

Səfir: “Azərbaycan prezidenti və Türkiyənin baş naziri cəbhədəki vəziyyəti müzakirə edəcək”

03.08.2014 | 08:42

Ismail-Alper-Coshqun-031012“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir.Bu isə Türkiyə Cümhuriyyəti olaraq bizi ciddi olaraq narahat edir. Baş verənlər işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasının vacibliyinin ən açıq nümayişidir”. Bu açıqlamanı jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun verib.

Davamı

Vəli Əlibəyov : Rusiyasız Ermənistan müharibə etməyəcək

03.08.2014 | 01:28

1939831_276075572549117_1567012563_o“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının baş direktoru, AVCİYA-nın vitse-prezidenti, politoloq Vəli Əlibəyov cəbhədəki vəziyyətlə bağlı şərhində qeyd edir ki, Azərbaycan Respublikası nəinki öz əraziləri çərçivəsində, dövlətimizin maraqlarına təhlükə yaranarsa hətta öz sərhədlərimizdən kənarda belə antiterror əməliyyatları aparmağa hüququ var.

Davamı

Cəbhədə nisbi sakitlik

03.08.2014 | 00:25

49457Tərtərin cəbhəyanı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

ANS PRESS-in cəbhəyanı kəndlərə könüllü yollanmış jurnalistlərdən aldığı məlumata görə, gecə ərzində Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini müəyyən fasilələrlə atəşə tutub.

Erməni hərbçiləri həmçinin, işğal altında olan ərazilərimizdən üzbəüz mövqedə yerləşən rayonun Qapanlı kəndini iri və yüngül atıcı silahlardan atəşə tutub. Saat 03:00 radələrində pulemyotlardan açılan atəşlər artsa da, hazırda kənddə nisbi sakitlik olduğu bildirilir.

Milli Ordumuz qarşı tərəfə adekvat cavab verməkdədir.

 

 

“KarabakhİNFO.com