Azərbaycanca

XƏBƏR

Vəli Əliyev:”Zaman gələcək ermənilər ciddi səhv etdiklərini dərk edəcəklər”

18.06.2014 | 11:26

?????????????????????????????“Ermənilər bu torpaqlara gəlmədirlər və onlar nəinki Naxçıvanda, İrəvanda belə çoxluq təşkil etməyiblər” Bu sözləri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vəli Əliyev Ermənilərin Naxçıvana iddia etməsini şərh edərkən deyib. “Bu gün ermənilərin özlərinin oturduğu İrəvan tarixən türklərin vətənidir. Sadəcə olaraq, 1918-1920-ci illərdə bölgədə baş verən siyasi-ictimai və sosial proseslər onların mövqelərinin güclənməsinə səbəb oldu. Onlar indi də Naxçıvana göz tikiblər.

Davamı

Elxan Süleymanov: Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA-nı tarixi seçim qarşısında qoyacaq

18.06.2014 | 11:11

1398926924_1398761181_mg_1861-300x199Məlum olduğu kimi, Ukraynada baş verən hadisələrlə bağlı ABŞ, Avropa İttifaqı və Avropa Şurası tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Hətta AŞPA 10 aprel 2014-cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnamə ilə Rusiya nümayəndə heyətinin səsvermə hüquqlarını dayandırdı və onu rəhbər orqanlardan çıxardı. Əlbəttə, uzun illərdir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinə qarşı analoji sanksiyaların tətbiq edilməməsi, işğala məruz qalmış tərəf olan Azərbaycana münasibətdə Ukrayna səviyyəsində dəstəyin göstərilməməsi bizi ciddi düşündürürdü.

Davamı

Almaniya Bundestaqına Qarabağ problemi ilə bağlı müraciət olunub

12.06.2014 | 10:50

1402579321_bundestaqAzərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar Almaniyanın Bundestaqına müraciət edib. Şuranın mətbuat xidmətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirilib ki, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhall Almaniyanın Bundestaqına Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar müraciət göndərib.

Davamı