Azərbaycanca

XƏBƏR

Erməni politoloq: “Ermənistan dalana dirənib”

11.06.2014 | 06:56

1402488791_arbak“Ermənistan beynəlxalq arenada mövqeyini tamamilə itirdiyindən heç bir prosesə təsir imkanı yoxdur”. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, bu fikirləri erməni mediasına Moskvada yaşayan erməni politoloq Arbak Xaçatryan bildirib. Onun sözlərinə görə, Astana baş verənlər də bunu təsdiqləyir: “Əvvəl dedilər ki, Ermənistan da Avrasiya İttifaqının təsisçilərindən biri olacaq. İndi isə Ermənistanın qarşısında şərt qoyurlar. Ermənistan elə vəziyyətə düşüb ki, dövlət aparatı, institutu olmayan bir dövləti xatırladır. Belə bir dövlətin hansısa birliyə üzv qəbul olunması axmaqlıqdır.

Davamı

Erməni ailəsi Azərbaycan prezidentinə müraciət edib

10.06.2014 | 06:27

1402399809_lyubikBir neçə gün öncə “KarabakhİNFO.com”elektron jurnalının erməni bölməsində Ermənistanın Tavoüş rayon başçısının keçmiş məsləhətçisi Lyubik Çibuxçyanın ona qarşı edilən haqqsızlıqlara görə Ermənisan prezidenti Serj Sarkisyana məktubla müraciət etdiyini və cavab almayacağı halda Azərbaycanın prezidenti İlham Əliyevə vətəndaşlıq almaq üçün müraciət edəcəyini bildirmişdik.

Davamı

Erməni mətbuatı millət vəkili Elxan Süleymanov haqqında yazıb

10.06.2014 | 06:11

1402393665_elxan-mFransız dilində yayımlanan Nouvelles Arménie (armenews.com) elektron jurnalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun Ceyms Uorliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı həmin yazını təqdim edir: Amerikan diplomatı Ceyms Uorlik Sərsəng su anbarı ilə bağlı münaqişəyə son qoymaq üçün etdiyi bəyanatdan sonra Ermənistanın maraqlarına xidmət etməkdə ittiham olunub.

Davamı

QHT və media təmsilçiləri cəbhə bölgəsində səfərdə olublar

09.06.2014 | 07:50

1402322493_dsc_0066Respublika Veteranlar Şurası və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi son dövrlər Ermənistan ordusunun atəşkəsi ən çox pozduğu cəbhə bölgəsinə səfər təşkil edib. Səfər çərçivəsində Gəncliyə Yardım Fondu, Qarabağ QHT Koalisiyası, Gənclər Təşkilatları Milli Şurası, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi, Şəhid Ailələrinə Sosial Yardım İctimai Birliyi, eləcə də media nümayəndələri Müdafiə Nazirliyinin Füzulidə yerləşən N saylı hərbi hissəsində olublar.

Davamı