Azərbaycanca

XƏBƏR

İstanbulda Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərgi açılıb

09.06.2014 | 07:32

1402318619_fotosergi1İyunun 5-də İstanbulda XIV əsrə aid “Tophane-i Əmir” mədəniyyət və incəsənət mərkəzində (Memar Sinan Universiteti) Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş foto sərginin açılışı olub. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə təmsilçiliyi tərəfindən təşkil edilən bu təsirli sərgidə tanınmış alman fotoqrafı Filip Ratmerin ruhlandırıcı işləri nümayiş olunur. O, əvvəllər Mixael Şumaxer, Ledi Qaqa, Jay Z, Sofi Loren və Luçiano Pavarotti kimi məşhurların fotoşəkillərinin müəllifi olmuşdur.

Davamı

“Türk birliyində Azərbaycanın önəmi böyükdür”

09.06.2014 | 06:38

1402295438_ahmet-kenan“Türk Şurası 1992-ci ildən etibarən toplanan “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantıları” nəticəsində meydana gələn ortaq siyasi iradə prinsipi üzərinə qurulub”. Bu sözləri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına Bodrumda keçirilən “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantıları”nın əhəmiyyətini şərh edən Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Ahmet Kenan Tanrıkulu deyib. “Bu çərçivədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası – TÖƏŞ) türkdilli ölkələr arasında geniş əməkdaşlığa təkan vermək məqsədilə beynəlxalq bir təşkilat kimi fəaliyyətinə 2009-cu ildə başlayıb.

Davamı

FOTOFAKT

07.06.2014 | 06:13

1402122033_10345565_333252016823180_381619754469110635_nMolla Pənah Vaqifin mavzoleyinin açılış mərasimində. Şuşa, 15 yanvar 1982.

 

 

 

“KarabakhİNFO.com” 

Ter-Petrosyan: ”Putinin xətrinə Sarkisyan istənilən təhqiri həzm etməyə hazırdır”

06.06.2014 | 13:35

10417255_581410505305770_243222309_n“KarabakhİNFO.com” e-jurnalı lent.az-a istinadən xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırkı prezident Serj Sarkisyanı tənqid atəşinə tutub. İyunun 5-də Ermənistanın “İlur.am” saytında Levon Ter-Petrosyanın məqaləsi dərc olunub. Ermənistanın iyunun 15-dək Avrasiya İqtisadi Birliyinə qoşulması üçün Serj Sərkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciətini şərh edən Ter-Petrosyan məqaləsində yazıb: “Bundan sonra Sarkisyanın hakimiyyətinin legitimliyi Rusiyadan asılı olduğu üçün tələsir. Çünki Ermənistan birliyə tamhüquqlu üzv kimi yox, «alçaldılmış təbəə» kimi daxil olur.

Davamı