Azərbaycanca

XƏBƏR

İlham Əliyev: ”Dağlıq Qarabağ münaqişəsi regional təhlükədir”

06.06.2014 | 13:12

10396310_581398248640329_462123352_nTürkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir. Prezident Zirvə toplantısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük.

Davamı

“Qarabağ erməniləri bizi qaçqın vəziyyətinə saldılar” – VİDEO

06.06.2014 | 07:06

Безымянный“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı erməni mediasına istinadən xəbər verir ki, iyun ayının 5-də İrəvanın müxtəlif məhəllələrinin aldanmış sakinləri hökümət evinin qarşısında növbəti etiraz aksiyasını keçiriblər.Amiryan küçəsinin köhnə sakini ermeni müxbiri ilə söhbəti zamanı ərinin Qarabağ müharibəsi iştirakçısı olduğunu qeyd edib və bildirib ki, buna baxmayaraq baş nazir Ovik Abraamyanın bu ərazidə mehmanxana inşa etdirməsi üçün onları öz evlərindən didərgin salıblar.

Davamı

Rusiya rəsmilərinin bəyanatı Ermənistanı təşvişə salıb

06.06.2014 | 05:35

1402054468_artak-zakaryanXəbər verildiyi kimi ötən gün keçirdiyi brifinqdə Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç “Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır” bəyanatı ilə çıxış edib. Eyni fikri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin də Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə də bildirib. Lakin bu açıqlamalar Ermənistanda narahatlıq yaradıb. Beləki Rusiya rəsmilərinin bu fikirləri erməni mediasının, Ermənistanın hakim Respublikaçılar Partiyasının ciddi narazılığına səbəb olub.

Davamı

“Sərkisyan Kreml qarşısında o qədər alçalıb ki…”

05.06.2014 | 11:14

1401948789_default“Ermənistan rəhbərliyi ölkəni vicdansızcasına alver predmetinə çevirib”. Bu fikirləri erməni ekspert Razmik Akopcanyan erməni mətbuatına açıqlamasında bildirib. Onun fikrincə, İrəvan hakimiyyəti Kremlə qəpiyə satıldığından onların istənilən alçaldıcı hərəkətlərinə dözməlidirlər: “Sarkisyan indi gəlib İrəvanda heç bir alçalmanın olmadığını iddia edir. O, Kreml qarşısında o qədər alçalıb ki, beyni daha belə şeyləri adi qəbul edir”. R.Akopcanyanın sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına daxil olması Sarkisyan üçün heç bir problem yaratmır: “Amma Ermənistan üçün xeyli problemlər var.

Davamı